“Biz gələcəkdə futbolumuzda Azərbaycan sistemi tədbiq etmək istəyirik”.
Qol.Az-ın müxbirini sualına cavabında bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Federasiyanın hədəfinin ölkəmizdə futbolun inkişafına yönəldiyini qeyd edən qurum rəsmisi bildirib ki, Azərbaycanda xaricdən nə qədər məşqçi gəlirsə-gəlsin, AFFA-nın məqsədi Azərbaycan futbolunda xarici ölkələrin yox, özümüzün futbol sistemimizin yaradılmasına nail olmaqdır. “Bu, 5-10 ildən sonra mümkün ola bilır” – deyə E.Məmmədov vurğulayıb.
Federasiyanın baş katibi deyib ki, bunun üçün klublar da AFFA-ya kömək etməlidir: “Biz bu işi təkbaşına həyata keçirə bilmərik. Əgər klubların da istəyi, təşəbbüsü olarsa, biz istənilən köməyi etməyə hazırıq. Məsələn, “Bakı” klubu Azərbaycanda uşaq futbolunun inkişafı üçün İspaniya “Atletiko”su ilə əməkdaşlığa başlayıb. Gördüyünüz kimi, AFFA bu işdə kluba dəstək verdi. Biz çox istəyirik ki, başqa klublarımızın da bu kimi gözəl layihələri olsun”.
E.Məmmədov onu da deyib ki, futbolumuzda Azərbaycan sistemini tədbiq etmək üçün güclü futbolçular və mütəxəssislər də yetişməlidir: “Biz gələcəkdə görsək ki, xarici məşqçilərin işi bizi qane etmir, onlardan imtina edəcəyik. Amma əsas odur ki, futbolumuzda Azərbaycan sistemini tədbiq etmək üçün işlər təkcə AFFA yox, klublar və futbol ictimaiyyəti tərəfindən də hayəta keçirilsin”.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq