Bu gün “Xəzər Lənkəran” klubunun rəhbərliyi yeni baş məşqçisi Karles Martorell Bakesin rəsmi təqdimat mərasimini keçirib.
Qol.Az-ın məlumatına görə, "Xəzər Lənkəran"la 2014-cü ilə qədər müqavilə imzalayan ispaniyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Lənkərandakı şəraitlə tanış olmusunuz?
- Bəli. Komanda haqda kifayət qədər məlumatım var, hətta bir oyununu izləmişəm. Amma bu, çoxdan olub.
- Bir vaxtlar Qəbələyə gələn ispaniyalı məşqçilər arasında siz də var idiniz?
- Bəli. Mən də var idim. Həmin vaxt biz ora məşqçilərə seminar keçirmək üçün gəlmişdik.
- Köməkçilərinizi dəyişdirməyi düşünmürsünüz?
- Xeyr. Ümumiyyətlə, komandada böyük dəyişikliklər etmək fikrim yoxdur. Yalnız bəzi transferlər ola bilər. Ancaq bu, indi nəzərdə tutulmayıb.
- “Xəzər Lənkəran” uzun müddətdir ki, çempionluq qazana bilmir. Buna nail olacağınıza söz verirsiniz?
- Bura “Xəzər Lənkəran”ı çempion etmək üçün gəlmişəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Çalışacağıq ki, bu xoşagəlməz seriyaya son qoyaq.
- İndiyədək bir sıra böyük klublarda işləməmisiniz. Bu mənada “Xəzər Lənkəran”da işləmək sizə çətin olmayacaq?
- Mən “Barselona”da çalışmışam. Oranın səviyyəsi, tarixi də hamıya məlumdur. Bu mənada mənə çətin olmayacaq.
- Belə çıxır ki, “Barselona”da işləyən bütün məşqçilər nəticə qazanmağa məhkumdur?
- Düzdür, nəzəriyyə başqa, praktika başqadır. Ancaq gələcəkdə nəticəni görüb, qiymət verəcəksiniz.
- Rəhbərlik qarşınıza hansı vəzifəni qoyub?
- “Xəzər Lənkəran”ın bəzi oyunlarını görmüşəm, futbolçuların potensialını bilirəm. Buna əsasən özümə güvənərək, çempion edə biləcəyimi düşünürəm. Rəhbərlik mənə bunu deməsə də, fikrim çempionluq qazanmaqdır.
- Nəzərə alın ki, bu, asan olmayacaq. Çünki güclü rəqibləriniz var...
- Mən mayda burada olmuşam. Onda mövsümün qızğın vaxtı idi. Məndə “Xəzər Lənkəran”ın və rəqiblərinin oyunlarının diskləri vardı. Yəni, hər şeydən məlumatım var.
- “Xəzər Lənkəran” azarkeşləri çılğındırlar və məğlubiyyəti həzm edə bilmirlər...
- Lap yaxşı. Biz də məğlubiyyəti sevmirik. O zaman stadiona gəlsinlər.
- Çempionatımızın səviyyəsi aşağıdır. Bu mənada Azərbaycandan təklif gələndə, tərəddüd etmədiniz?
- Mən çoxdan böyük komandada işləmək istəyirdim. Buna görə təklifi çox fikirləşmədən qəbul etdim.
- Hər məşqçinin özünəməxsus oyun üslubu var. Bəs “Xəzər Lənkəran” sizin rəhbərliyiniz altında necə oynayacaq?
- Əsasən istəyirəm ki, topla çox davransınlar, cinahlardan hücumlar olsun.
- Belə çıxır ki, “Xəzər Lənkəran” “Barselona” kimi oynayacaq...
- Yox. Gəlin, bu 2 komandanın futbolçularını müqayisə etməyək. Baş məşqçi futbolçuların potensialına uyğun oyun sistemi qurur.
- “Xəzər Lənkəran”da ispaniyalı futbolçu olacaq?
- Belə baxanda, heyətimiz kasaddır. Qış fasiləsində 2-3 futbolçu transfer etməyi planlaşdırırıq. Onun hansı ölkədən olmasının fərqi yoxdur. Əsas biz istədiyimiz futbolçular olsunlar və Azərbaycandakı şəraitə uyğunlaşsınlar.
- “Xəzər Lənkəran” futbolçularının yer aldığı Azərbaycan yığmasının Şimali İrlandiya millisi ilə rəsmi oyununu izlədiniz?
- Yox, buna imkanım olmadı. Çünki Bakıya gəlirdik. Ancaq “Xəzər Lənkəran”ın yığmadakı futbolçuları haqda məlumatım var.
- Onlarla bağlı fikirlərini bölüşərdiniz?
- Təbii ki, onlar təcrübəli futbolçulardır və bizə, gənc oyunçulara xeyir verirlər.
- “Xəzər Lənkəran”da ilk işiniz nə olacaq? Sizcə, rəhbərlik niyə məhz sizi seçdi? Bunu özünüz üçün müəyyənləşdirmisiniz?
- Fikrimcə, bu mənə mənə veriləsi sual deyil. Mənim ilk işim səviyyəli futbolçuları taktikama uyğunlaşdırmaq olacaq. Bu gün səhər məşqdə iştirak etdim, iş başında oldum. Ancaq taktiki planda bəzi dəyişiklər olacaq.
- "Xəzər Lənkəran"da uğur qazanmaq üçün sizə nə qədər vaxt lazımdır?
- Çalışırıq ki, gündən-günə komanda daha yaxşı təsir bağışlasın. Müddət deyə bilmərəm. Artıq bazar günü vacib oyunumuz var. Həmin gündən etibarən qələbə qazanmağa, “Xəzər Lənkəran”ın yaxşı oyun nümayiş etdirməsinə çalışacağıq.
- “Xəzər Lənkəran”ın Lənkəranda, yoxsa Bakıda hazırlıq keçməyini daha məqsədəuyğun sayırsınız?
- Lənkəran bizim üçün doğma məkandır. Orada şərait var, məşqlərimi də çox vaxt orada edəcəyik. Təbii ki, səfərdə oynayanda, Lənkərandan kənarda hazırlaşacaq.
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri