Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif

Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
XƏBƏR 29 May 2026 / 21:18 106
-  A +

"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanı Premyer Liqasında davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu haqda insayder Nikolo Şira məlumat yayıb.

Yerli klublardan biri misirli futbolçuya olduqca sərfəli təklif göndərib.

Adı açıqlanmayan klub 33 yaşlı futbolçunu Mersisayd klubu ilə müqaviləsi bitdikdən sonra azad agent kimi transfer etmək istəyir. Salaha 2028-ci ilə qədər müqavilə təklif edilib və müqavilənin daha bir mövsüm - 2029-cu ilə qədər uzadılması mümkündür. Oyunçu hələlik təklifə cavab verməyib.

Məhəmməd Salah 2017-ci ilin yayından bəri "Liverpul"da oynayır. Bu müddət ərzində o, komandanın əsas futbolçularından birinə çevrilib, 2 dəfə İngiltərə çempionluğunu, Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb. O, daha əvvəl mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlamışdı.


Son xəbərlər
topaz banner