Kuboka qədər milyonlar qazandılar

Kuboka qədər milyonlar qazandılar
DÜNYA FUTBOLU 30 May 2026 / 19:50 198
-  A +

Çempionlar Liqasının final matçında üz-üzə gələcək PSJ və "Arsenal" klublarının əldə etdiyi maliyyə gəlirləri bəlli olub.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, hər iki komanda artıq turnir ərzində on milyonlarla avro qazanc əldə edib. Klubların hər biri yalnız qrup mərhələsindəki iştiraka görə 18,62 milyon avro qazanıb.

Məlumata görə, əlavə ödənişlər komandaların idman nəticələrindən asılı olaraq dəyişib. Turnirdəki çıxışlarına görə PSJ büdcəsini daha 10,8 milyon, "Arsenal" isə 16,8 milyon avro zənginləşdirib. Hər iki finalçının gəlirinin əsas hissəsi isə pley-off oyunlarının payına düşür. Belə ki, bu mərhələlərdə hər klub büdcəsinə təxminən 59 milyon avro əlavə edib. Nəticədə, Fransa nəhənginin bu mövsüm Çempionlar Liqasından ümumi qazancı 88,42 milyon avroya, London klubunun gəliri isə 94,42 milyon avroya çatıb.

Qeyd edək ki, həlledici final matçının maliyyə qazancı da olduqca yüksəkdir. Belə ki, bugünkü qarşılaşmanın qalibi bu məbləğlərə əlavə olaraq 6,5 milyon avro bonus da əldə edəcək.


Son xəbərlər
topaz banner