Sterlinq narkotikə görə saxlanıldı

Sterlinq narkotikə görə saxlanıldı
DÜNYA FUTBOLU 30 May 2026 / 12:20 353
-  A +

İngiltərə millisinin sabiq oyunçusu Rahim Sterlinq polis tərəfindən saxlanılıb.

QOL.az "The Atletic"ə istinadən xəbər verir ki, "Feyenoord”un yarımmüdafiəçisi narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinib.

Futbolçu Hempşirdəki magistral yolda saxlanılıb. Sterlinq özünün “Lamborghini” markalı avtomobili ilə maneəyə çırpılıb. Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir, lakin futbolçu tibbi müayinədən keçməkdən imtina edib.

Sterlinq daha sonra girov müqabilində sərbəst buraxılıb.

Xatırladaq ki, 31 yaşlı futbolçu bu ilin fevralında “Feyenoord”a keçib. O, Niderland klubunun heyətində 8 oyun keçirib və 1 məhsuldar ötürmə edib.. Sterlinq daha əvvəl “Arsenal”, “Mançester Siti”, “Liverpul” klublarında da çıxış edib.


Son xəbərlər
topaz banner