"Rəvan" klubunun yarımmüdafiəçisi Şəhriyar Rəhimovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın növbəti turunda AZAL-la qarşılaşacaqsınız. Hazırda komandanızda psixoloji durum necədir? Axı, bundan əvvəl “Xəzər Lənkəran” 0:4 hesabı ilə uduzmuşdunuz.
- Həmin oyundan əvvəl iki dəfə qalib gəlib, bir dəfə heç-heçə etmişdik. Oyunçularımızda yorğunluq vardı. Bu məğlubiyyət bizə çox pis təsir etdi, xüsusilə 0:4 hesabı. Amma indi artıq özümüzə gəlmişik.
- AZAL-a çempionatın ilk dövrəsində uduzmuşdunuz. Yəqin ki, revanş haqda düşünürsünüz.
- Bəli. Məqsədimiz yalnız qələbə qazanmaqdır. Bizim qarşımıza ilk “altılığ”a düşmək vəzifəsi qoyulub. Ona görə də hansı komanda olursa-olsun, oyuna üç xal üçün çıxırıq.
- Ümumiyyətlə, rəqibinizi necə qiymətləndirirsiniz?
- AZAL güclü komandadı. Yaxşı komanda formalaşdırıblar, iki səviyyəli hücumçusu var. Hücumda və müdafiədə yaxşı oynayırlar. Komanda oyunları var.
- Komandanızda tez-tez baş məşqçi dəyişikliyi oldu. Bu, siz futbolçulara necə təsir etdi?
- Tez-tez baş məşqçi dəyişikliyi yaxşı hal deyil. Amma klub rəhbərliyi belə qərar verib və biz də buna hörmətlə yanaşırıq. Rəhbərlik komandanın qarşısına yüksək yerlər tutmaq məqsədi qoyub. Buna nail olmaq üçün tədbirlər görülür.
- Hazırda turnir cədvəlində doqquzuncu yerdəsiz. Yəqin razılaşarsan ki, ilk “altılığ”a düşmək komandanız üçün asan olmayacaq.
- Çempionatın səviyyəsi yüksəkdir. Komandalar arasında çox az xal fərqi var. Ona görə də deyə bilmərəm ki, ilk “altılığ”a düşmək şansımız nə qədərdir. Cəmi bir oyun komandaların turnir cədvəlində yerini dəyişə bilir.
Ramiq AĞAMƏMMƏDOV
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video