"Şimali İrlandiya ilə oyuna yüksək səviyyədə hazırlaşmışıq. Bəzi itkilərimizin olmasına baxmayaraq, komandada atmosfer yaxşıdır. Məqsədimiz Belfastda qələbə qazanmaqdır. Ancaq 4 il əvvəl heyətdə bu qədər itki olsaydı, indiki fikrimi səsləndirə bilməzdim".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün keçirilən mətbuat konfransında deyib.
Şimali İrlandiya ilə oyunöncəsi jurnalistlərin suallarını cavablandıran almaniyalı mütəxəssis komandasının səfərdən yaxşı nəticə ilə qayıdacağına ümid etdiyini bildirib: "Rəqibimiz Portuqaliya ilə heç-heçədən (1:1) sonra daha da ruhlanıb. Ona görə də Britaniya təmsilçisinə qarşı oynamaq çətin olacaq. Şimali İrlandiya millisi "ikinci mərtəbə"də yaxşı oynayır. Buna görə də onlara ehtiyatlı oynamalıyıq. Rəqibin heyətində 10 nömrəli futbolçunu fərqləndirərdim (Kayl Lafferti - red). Səfərdən qələbə və ya heç-heçə ilə qayıtsaq, bu, yaxşı nəticə olar. Bunun üçün bizim gücümüz və potensialımız var. Biz hətta Moskvada Rusiya ilə görüşdən də xalla ayrıla bilərdik".
Foqts millinin yeni kapitanının kimliyinə də aydınlıq gətirib: "Komandanın yeni kapitanı Ruslan Abışov olacaq. Çox şadam ki, Ruslanla "Rubin" (Kazan) klubu yaxından maraqlanır. Məncə, Ruslan təkcə Rusiyada deyil, Almaniya və İngiltərə çempionatlarında da oynaya bilər".
Daha sonra "Neftçi"nin Avroliqadakı çıxışına toxunan Foqts bu haqda belə danışıb: "Neftçi" Avroliqada zəif çıxış etmədi. "İnter" və "Rubin"lə oyunlarda "Neftçi"dən qələbə gözləmək düzgün olmazdı. Şadam ki, artıq ölkədə futbol inkişaf edir. Gəlin, biz "Neftçi"nin qrupdan çıxa bilməməsindən deyil, millinin 7 əsas futbolçusuna əvəzləyici tapmaqda çətinlik çəkməməyimizdən danışaq. Əsas da budur".
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu