“Barselona” Xaviyə yeni müqavilə təklif etdi

“Barselona” Xaviyə yeni müqavilə təklif etdi
GÜNDƏM 13 Noyabr 2012 / 11:31 1960
-  A +

“Barselona” rəhbərliyi komandanın yarımmüdafiəçisi Xavi Ernandesin müqaviləsinin müddətini artırmaq üçün hərəkətə keçib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, klubun vitse-prezidenti Xosep Bartomeu və idman direktoru Andoni Subisarreta futbolçunun agenti ilə görüşərək yeni müqaviləni müzakirə ediblər.

Xavinin “Barselona” ilə müqaviləsi 2014-cü ildə başa çatır. Kataloniya klubu razılaşmanı 2016-cı ilə qədər uzatmaq istəyir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner