Bu gün keçirilən mərasimlə futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümünün qalibləri mükafatlandırılıb.
Qol.Az-ın Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən PFL prezidenti Ramin Musayev qalibləri təbrik edib, bu mövsümdə də komandalara uğurlar arzulayıb: "Qaradağ Lökbatan” və “Neftçala” ötən mövsüm Premyer Liqada iştirak etmək üçün vəsiqə qazandılar. Lakin lisenziyalaşma qaydalarını yerinə yetirmədiklərindən Premyer Liqada iştirak edə bilmədilər. Bundan öncəki mövsüm “Abşeron” klubu qalib olsa da, komanda Premyer Liqada iştirak etmədi. Premyer Liqaya vəsiqə qazanan I divizion komandaları üçün müəyyən etdiyimiz pul mükafatı yalnız klubların Premyer Liqada iştirak etməsi halında nəzərdə tutulub. Ona görə də klub rəhbərlərini daha diqqətli olmağa, lazımi lisenziya qaydalarını keçməyə çağırıram. Bu gənc futbolçular hazırda Premyer Liqada oynamalı idilər. Futbolumuzda inkişafdan danışırıqsa, 20 il bu inkişafa qiymət vermək üçün qısa bir zamandır. Bu gün həm də futbol bayramıdır. “Neftçi” klubu Avropa Liqasında növbəti oyununa çıxır. İnanıram ki, “Neftçi” “Rubin” komandasına qalib gələrək hamımızı sevindirəcək. Hər bir komandaya uğurlar arzulayıram”.
Daha sonra futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümündə ikinci yeri tutmuş “Neftçala” və birinci yeri tutmuş “Qaradağ Lökbatan” klubuna müvafiq olaraq gümüş və qızıl medallar təqdim olunub.
Medalların təqdimatından sonra isə futbol üzrə Azərbaycan I divizionunun bombardirləri olmuş “Neftçala” klubunun futbolçusu Aqşin Həşimova və “Şahdağ”ın futbolçusu Zahid Tayibova mükafat təqdim olunub.
Yuxarı
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol