Ötən gün "Bakı" futbol klubunda klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə toplantı keçirilib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, obyektiv və subyektiv amillərin komandanın nəticələrinə göstərdiyi təsir, işlərin gedişi ətrafında aparılan müzakirələr nəticəsində əsas komandanın fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilib.
Klubun baş meneceri Zeynal Məmmədov "Bakı"nın turnir cədvəlində tutduğu yer, inamsız oyunlar seriyası və qeydə alınan nəticələrlə bağlı iradlarının bildirərək, komanda üzvlərinə ciddi xəbərdarlıq edib. Komanda qarşısında tezliklə sadalanan nöqsanları aradan qaldırrmaq və köklü dəyişikləyə nail olmaq vəzifəsi qoyulub.
Komandanın baş məşqçisi Bojidar Bandoviçin diqqətinə çatdırılıb ki, "Bakı"nın qarşısına qoyulan həm çempionluq, həm də kuboku qazanmaq vəzifələri dəyişilməz olaraq qüvvədə qalır.
Zeynal Məmmədov "Hədəflər dəyişməyib, sizdən tələb olunan yaradılan ən yüksək şəraitin qarşılığını vermək, azarkeşlərimiz və klub rəhbərliyinin etimadını doğrulltmaqdır" - deyərək səbr limitinin tükəndiyini, bu istiqamətdə yaxşıya doğru köklü və ciddi dəyişikliklərin vaxtının çatdığını bildirib.
Geridə qalan oyunlarda baş məşqçi və klub rəhbərliyinin etimadını doğrultmayan futbolçulardan Evangelios Mantsios, Leandro Beçerra və Cəmşid Məhərrəmov əsas komandanın heyətindən kənarlaşdırılaraq əvəzedici komandanın düşərgəsinə göndəriliblər.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq