Xəbər verdiyimiz kimi, U-17 millisinin baş məşqçisi Təbriz Həsənovu vəzifəsindən azad edərək U-15 yığmasına baş məşqçi təyin edib. T.Həsənov bununla əlaqədar Qol.Az saytının suallarını cavablandırıb
- U-15 milli komandasına təyinatınızla bağlı fikirlərinizi bilmək istərdim.
- Bəlkə də qıraqdan elə görsənir ki, U-17-dən U-15 düşmək yaxşı deyil. Lakin mən U-15 və U-16-dan fəaliyyətə başlamışdım. Mənim üçün fərqi yoxdur. Öz işimə davam edərək gənc futbolçuları tapıb yetişdirməklə məşğul olacağam. Əgər bu gün AFFA rəhbərliyi mənə bu işi tapşırıbsa, canla-başla yerinə yetirəcəyəm.
- Səmimi söyləyin, bu təklif ürəyinizcə oldu, yoxsa?
- Əlbəttə. Çünki bu iş daha məsuliyyətlidir. U-15 - mənim yenidən yaratmaq istədiyim komanda 2016-cı ildə Bakıda keçriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Ona görə də məsuliyyətim birə-beş artıb. Çalışacağam ki, bu işin öhdəsindən gəlim.
- Almaniyalı mütəxəssis Nikolay Adam sizin əvvəlki postunuza təyin olunub. Ümumiyyətlə, yerli bir mütəxəssisin əcnəbiylə əvəzlənməsinə münasibətiniz necədir?
- Həmin Nikolay Adam U-17-dəki uşaqları U-15 dən tanıyır. Mən bunu normal qarşılayıram.
- Yeni komandanızda hansısa dəyişikliklər gözlənirmi?
- Hələ planımı hazırlamamışam. Lakin təbii ki, dəyişikliklər olacaq. İlk növbədə seleksiya işlərindən başlayacağam.
Əli HƏYATİ
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə