Ramiz Məmmədov ilk qələbəsindən danışdı

Ramiz Məmmədov ilk qələbəsindən danışdı
GÜNDƏM 31 Oktyabr 2012 / 18:39 2148
-  A +

"Turan" məğlubiyyətindən sonra komandaya növbəti oyunda mütləq qələbə qazanmağın vacibliyini bildirmişdim. Futbolçular tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov "Qarabağ"la oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib.
 
R.Məmmədov komandasının bu gün daha yaxşı oynadığını bildirib: "Biz bu gün yaxşı oynadıq. Anar Nəzirovun start heyətində meydana çıxması millinin də xeyrinə olan amildir. Kamran Ağayevin yoxluğunda onun milliyə kömək edəcəyinə inanıram. Anar Nəzirov meydanda ən yaxşılardan idi. Dieqo isə artıq çəkisini azaldıb. Yaxın günlərdə onun da heyətə dönəcəyinə inanıram”.

Daha çox


Son xəbərlər