"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mirça Rednik karyerasını Belçikada davam etdirəcək.
Qol.Az-ın Rumıniya mətbuatına istinadən məlumata görə, 50 yaşlı mütəxəssis Belçikanın köklü klublarından olan "Standart"la müqavilə imzalayıb.
Futbolçu karyerası ərzində 1991-1996-cı illərdə "Standart"ın şərəfini qoruyan Rednik bir gün yenidən bu komandaya qayıdacağına inandığını bildirib:
"Bu mənə yuxu kimi görünür. Ancaq reallıq budur ki, mən qayıtdım. Bir gün yenidən "Standart"a qayıdacağıma inanırdım. Bunu arzulayırdım və istəyimə çatdım. Futbolçu kimi uğur qazandığım komandaya baş məşqçi kimi də fayda verəcəyimə əminəm".
Qeyd edək ki, Rednik 2010-2011-ci illərdə "Xəzər Lənkəran" klubunu çalışdırıb.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi