Qurban Qurbanov yenilgini şərh etdi

Qurban Qurbanov yenilgini şərh etdi
GÜNDƏM 27 Oktyabr 2012 / 18:22 3621
-  A +

"Xəzər Lənkəran” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Vacib üç xal qazandılar".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Xəzər Lənkəran"la oyundan sonra (0:2) keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: 

"Oyundan öncə heyətdə ciddi itkilərimiz var idi, lakin komandadan razı qaldım. Bu oyunu unudub qarşıdakı oyuna hazırlaşacağıq. Havanın əlverişsiz olması da oyunumuza təsir etdi”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner