“Neftçi”nin sabiq futbolçusu Samir Əliyev bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda Kazanda “Rubin”lə qarşılaşacaq keçmiş komandasının oyunu barəsində Qol.Az saytına müsahibə verib
- Oyunla bağlı fikirlərin necədir?
- “Rubin” güclü komandadır. İtaliya “İnter”ilə demək olar ki, eyni səviyyədədir və qrupun favoritlərindən biridir. “Neftçi” üçün çətin olacaq. Ancaq yenə də uğurlu nəticəylə qayıdacaqlarına inanmaq lazımdır. Komandamız son səfər oyunlarında özünü yaxşı tərəfdən göstərməyi bacarıb. “Apoel” və “Partizan” kimi komandalardan xal alıb. Ümid edirəm, bu gün xalla qayıtmağı bacaracaq.
- Səncə, “Rubin”ə qarşı hansı taktikayla oynamaq daha uğurlu olar?
- Bunu “Netçi”nin baş məşqçisi və məşqçi heyəti daha yaxşı bilər. Çünki onlar rəqibin oyunlarını izləyib müəyyən analiz ediblər. Fikrimcə, ona uyğun taktikayla oynayıb uğur qazanarlar.
- “Neftçi”dən fərqli olaraq “Rubin” ölkə çempionatının son turunda məğlub olub. Bunu komandamız üçün əlavə üstünlük saymaq olar?
- Mən elə fikirləşmirəm. Çünki Kazan təmsilçisi səfərdə ÇSKA kimi güclü komandaya uduzub. Rusiyanın öndə gedən komandası hesab olunur.
- “Neftçi”də Cavid İmamverdiyevlə Bahadır Nasimovun yoxluğu hücum xəttində nə kimi problemlər yarada bilər?
- Düzdür, bu, müəyyən problemlər yaradacaq. Ancaq fikirləşirəm ki, o qədər də böyük təsir etməyəcək. Bahadır zədələnəndən sonra “Neftçi” Avroliqanın qrupuna vəsiqə qazandı. Komandada onu əvəz edəcək başqa hücumçular var. O ki qaldı Cavidin oynamamasına, məncə, onun meydana çıxa bilməməsi ən çox özü üçün mənfi haldır. Bu oyun onun üçün yaxşı təcrübə olardı.
- “Neftçi”yə böyük ümidlərlə cəlb olunan çilili futbolçu Nikolas Kanales hələ ki istənilən oyunu sərgiləyə bilmir.
- Onun oyun üslubu biraz fərqlidir. Ancaq vaxt keçdikcə komandaya uyğunlaşacağını düşünürəm. Son oyunlarda da qol vurdu. İnanıram ki, özünü yaxşı tərəfdən göstərməyi bacaracaq. Bahadır zədəsin sağaldıb komandaya qoşulandan sonra rəqabət daha da artacaq.
- Sonda. Oyunun hansı hesabla bitəcəyinə proqnoz verərdin?
- Dəqiq deyə bilmərəm. Əvvəlcədən proqnoz verməyi xoşlamıram. “Neftçi”dən gözəl oyun və uğurlu nəticə gözləyirəm.
Şükür CAVAD
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu