“Hücumçunun işi qol vurmaqdır. Onun üçün qarşısında hansı rəqibin olması elə də əhəmiyyət daşımamalıdır. Bu mənada “Rubin”in müdafiəçilərindən çəkinmirəm. Yeri gələndə, mən “İnter” kimi komandaya qol vurmuşam”.
Bu sözləri Qol.Az-a açıqlamasında bu gün Avropa Liqasının qrup mərhələsinin III turunda Kazanda “Rubin”in qonağı olacaq “Neftçi”nin futbolçusu Nikolas Kanales deyib.
Çilili hücumçu komandasının qələbə şanslarını da dəyərləndirib: “Çətin olacağını bilirik. Çünki indi asan rəqib yoxdur. Bu, elə məqamdır ki, hər şey bizim özümüzdən aslıdır. Əgər kollektiv olaraq, sona qədər əzmlə mübarizə aparsaq, lap qələbə də qazana bilərik”.
Kanales Kazandakı soyuq havanın da onun üçün problem olmadığını deyib: “İlk dəfə deyil ki, bu cür soyuq hava görürəm. Çilidə ən soyuq havalar da demək olar, Kazandakı kimi olur. Bundan başqa, Rumıniyada “Kluj”un şərəfini qoruyarkən də şaxtalı havada futbol oynamışam. Ona görə də Kazanın havası mənə qeyri-adi gəlmədi”.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da