“Kəpəz”in hücumçusu Bəxtiyar Sultanov bu gün “Neftçi”yə qarşı keçiriləcək Premyer Liqanın doqquzuncu turunun oyunu ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- “Neftçi” ilə oyuna hazırsınız?
- Bu, bizim üçün cox ağır oyunlardan olacaq. Lakin Bakıya məğlub olmağa yox, “Neftçi”yə qalib gəlməyə gəlmişik.
- Amma unutmayaq ki, rəqibiniz dalbadal iki dəfə ölkə çempionu olub, hazırda Avroliqanın qrup mərhələsində oynayır.
- Nə olsun? Biz onlardan niyə qorxmalıyıq ki? Avroliqada çıxış edirlər, lap yaxşı. Bu, ölkə üçün başucalığıdır. Lakin “Neftçi”ni yaxşı tanıyırıq. Düzdü, rəqib öz meydanında daha çox qələbə qazanıb. Ancaq əlimizdən gələni edəcəyik ki, bu, bizimlə oyunda baş verməsin.
- Səfərdən bir xalla qayıtmaq komandanız üçün qənaətbəxş hesab edilə bilər?
- Qələbə qazansaq daha yaxşı olar. Səfərdə güclü rəqibdən bir xal almaq böyük şeydi. Məncə, bunu yaxşı nəticə hesab etmək olar. Əsas məsələ uduzmamaqdır.
- “Neftçi”də səviyyəli legionerlər çıxış edir. Onlara qarşı oynamaq çətin olmayacaq?
- Həm mən, həm də komandamız oyuna hazırıq. Rəqibin heyətindəki Erik Ramos yeni futbolçudur. İqor Mitreskinin oyununa yaxşı bələdəm. Keçilməz müdafiəçi yoxdur.
- Bəs şanslarınızı necə görürsən?
- Dediyim kimi, çox çətin qarşılaşma olacaq. Ona görə də qabaqcadan dəqiq bir proqnoz vermək asan deyil. Yəqin ki, bunu oyunun gedişatında daha yaxşı biləcəyik. Ancaq “Neftçi” keçilməz rəqib deyil. İstənilən komandadan xal ala bilərik.
Əli HƏYATİ
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı