Ruslar Kamranı matçın ən yaxşısı seçdi

Ruslar Kamranı matçın ən yaxşısı seçdi
GÜNDƏM 17 Oktyabr 2012 / 13:23 3688
-  A +

Rusiya - Azərbaycan matçına geniş yer ayıran Rusiya mətbuatı qarşılaşmadan sonra meydançada ən çox diqqət çəkən futbolçuların qiymətləndirməsini aparıb.

Qol.Az-ın məlumatına görə, “PROsport” jurnalı futbolçuların qiymətləndirməsini apararkən, ən yüksək balı millimizin qapıçısı Kamran Ağayevə verib -8 bal.

Maraqlıdır ki, qiymətləndirmədə yer alan futbolçuların sırasında Azərbaycan millisindən yalnız Ağayev yer alıb. Qalan bütün futbolçular Rusiya millisinin üzvüləri olub.

Rusiyalı həmkarlarımız Kamranı matçın ən yaxşısı seçmələrini bu cür izah ediblər: “Möhtəşəm oynadı. Məhz o, matçın komandası üçün böyükhesablı məğlubiyyətlə başa çatmamasının əsl səbəbkarı oldu. Kamran olmasaydı hesab ən azı 3:0 olacaqdı”.

Qeyd edək ki, ruslar öz qapıçıları İkoq Akinfeyevə ümumiyyətlə bal veməyiblər. Onların fikrincə, rusiyalı qapıçı dünənki oyunda sözün əsl mənasında istirahət edib.

Daha çox


Son xəbərlər