“Qarabağ” komandasının makedoniyalı yarımmüdafiəçisi Muarrəm Muarrəmin Qol.Az saytına müsahibəsi.
- Artıq bir həftədir ölkə çempionatda fasilə yaranıb. Komandanızın qarşıdakı oyunlara hazırlığı necə gedir?
- Düzdür, çempionata yaxşı başlamadıq. Ancaq artıq hər şey öz yolundadır. “Kəpəz” və “Simurq”la bərabərliyə qalsaq da, sonradan oyunun videoyazısına baxdığımız zaman hakimlərin səhvi ucbatından qollarımızın qeydə alınmadığının şahidi olduq. Bu cür hakim səhvləri dünyanın hər bir ölkəsində baş verə bilər. Milli komandalarda çıxış edən futbolçularımız var. Onlar da komandaya qayıtdıqdan sonra bizi qarşıda “Bakı”la çətin oyun gözləyir. Bundan başqa, “Xəzər Lənkəran”, “Qəbələ” və “İnter”lə də çətin oyunlarımız olacaq. Fikrimcə, bu oyunlardan sonra bizim əsl gücümüz bəlli olacaq.
- Bir müddətdir ölkəmizdəsən. Çempionatımızın səviyyəsi səni nə dərəcədə qane edir?
- Mən Azərbaycana gəlməmişdən əvvəl Türkiyənin Bank Asiya liqasında oynamışam. Həmin çempionatda daha çox fiziki gücə üstünlük verilirdi. Azərbaycan çempionatında isə Avropa futbolunda olduğu kimi, fiziki güclə bərabər, texniki oyuna da önəm verilir. Buna nümunə kimi “Neftçi”nin Avropa Liqasının qurup mərhələsinə vəsiqə qazanmasını göstərə bilərik. Hər il sizin çempionat daha çox inkişaf edir.
- Çox insan səviyyə baxımından Türkiyənin Bank Asiya liqasını Azərbaycan Premyer Liqasından daha üstün sayır. Sənin fikirin necədi, bəs hansı daha üstündür?
- Yuxarıda dediyim kimi, Bank Asiya Liqasında fiziki cəhətdən daha çox güc tələb olunur. Ona görə orada normal səviyədə çox futbol oynaya bilmərsən. Mənə görə, Azərbaycan çempionatının səviyəsi daha yüksəkdir.
- Ölkəmizə öyrəşə bilmisən?
- Bəli, burada tək yaşasam belə, artıq öyrəşmişəm. Buna məcburuq, işimiz bunu tələb edir. Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdi. Burada yaşamaq mənə xoşdur.
- Yeməklərimiz necədir, xoşuna gəlir?
- Bəli, ilk gəldiyim gündən sizin mətbəxə öyrəşdim. Bizim yeməklərlə sizin yeməklər arasında oxşarlıq var. Ona görə, hansısa problemlə üzləşmədim.
- Bildiyimiz kimi, bir müddət Makedoniya yığmasında da çıxış etmisən. Ancaq son vaxtlar milliyə çağrılmırsan. Bu barədə nə deyə bilərsən?
- Makedoniya yığmasında baş məşqçi dəyişikliyi baş verib. Yeni baş məşqçi isə mənə dəvət göndərməyi lazım bilmir. Onun qərarlarına hörmətlə yanaşmaq lazım. Ola bilsin, qarşıdakı oyunlarda mənə də şans vermək qərarına gəlsin. Mənim “Qarabağ”da keçirdiyim oyunlarım millinin məşqçiləri tərəfindən izlənilir. Hər zaman milli komandama kömək etməyə hazıram.
- Özün necə, milli komandanın oyunlarını izləyirsən?
- Təbii ki, izləyirəm. Sonuncu dəfə Xorvatiya millisiylə oyunda 1:0 öndə olsaq da, sonradan iki top buraxıb məğlub olduq. Fikrimcə, həmin oyundan bir xalla ayrıla bilərdik.
- Öz ölkənlə Azərbaycan futbolunu həm milli, həm də yerli çempionat səviyəsində müqayisə etsən, sənin fikrincə, hansını daha üstün saymaq olar?
- Sözsüz, Azərbaycan futbolu bizdən daha üstündü. Bunun da səbəbi sizin futbolda daha çox pul olmasıdır. Bizim ölkəmizdə pulun az olması futbolumuzun səviyyəsinə də mənfi tərəfdən təsir edir. Buna nümunə olaraq, “Neftçi”nin uğurunu misal gətirə bilərəm. Azərbaycan futbolu Avropa səviyəsinə daha yaxındır, nəinki Makedoniya.
- “Neftçi”dən söz düşmüşkən, bakılıların Avropa Liqasındakı oyunlarını izləyirsən ?
- İzləməyə çalışıram, hərdən elə olur oyunlarımız olan vaxta təsadüf etdiyindən baxa bilmirəm. Amma sonradan videoyazı şəkilində olsa belə, epizodlara baxıram.
- “Neftçi”nin qurupdan çıxmaq şansını necə qiymətləndirirsən?
- Əvvəlcə onu deyə bilərəmki çox çətin qurupda yer alıblar. Fikrimcə, qurpdan çıxmasalar belə, bura kimi gəlib çıxmaqları özü bir uğurdur.
Şükür CAVAD
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı