Avropanın ən məşhur futbol akademiyaları (FOTOLAR)

Avropanın ən məşhur futbol akademiyaları (FOTOLAR)
XƏBƏR 14 Oktyabr 2012 / 18:10 6581
-  A +

Artıq Azərbaycanda da futbol akademiyası var. UEFA və AFFA-nın maliyyə vəsaiti hesabına inşa olunmuş "Futbol akademiyası" müasir tələblərə cavab verən şəraitə malikdir. Burada eyni vaxtda 27 nəfərdən ibarət komanda məskunlaşa bilər. Akademiyada 12 yataq otağı, müasir texniki avadanlıqlarla təchiz olunmuş konfrans zalı, yüksək sürətli İnternetə qoşulmağa imkan verən kompüterlərlə təchiz olunmuş kompüter otağı, həkim otağı, massaj otağı, fitness zalı, üzgüçülük hovuzu, sauna var. Burada təhsil alacaq uşaqların və təlim-məşq toplanışı keçirəcək yığma komandaların üzvlərinin fiziki hazırlığının yüksəldilməsi üçün fitness zalında ən müasir trenajor alətləri quraşdırılıb. Bir sözlə, «Futbol akademiyası»nda gənc futbolçuların hazırlanması üçün yüksək səviyyəli şərait yaradılıb. Bəs, digər ölkələrdə vəziyyət necədir?


Təbii ki, bizimlə müqayisədə Avropanın futbol akademiyaları daha məşhur və infrastruktur baxımından daha yüksək səviyyədədir. Məsələn, “Barselona”nın futbol akademiyası  bütün dünyada məşhurdu. Bu akademiyanın yetirmələri bir çox hallarda elə Kataloniya klubunun şərəfini qoruyurlar və elə burada parlayıb  dünya futboluna çıxırlar. Buna ən bariz misal kimi,  Leonel Messini göstərmək olar. Belə ki, argentinalı ulduz ilk dəfə məhs “Barselona”nın futbol seleksionerləri tərəfindən kəşf edilmiş və hələ 13 yaşında olarkən İspaniyaya gətirilmişdi. Burada “Barselona”nın futbol akademiyasında təhil almış və sonradan bu klubun əsas heyətində möhkəmlənərək, bütün dünyaya səs salmışdı. Bundan başqa, Xavi, İnyesta, Puyol kimi futbolçular da “Barselona”nın öz akademiyanın yetirmələri sayılır.

Dünya futboluna sırf  futbol akademiyası kimi tanınan bir mərkəz var ki, bu da “Ayaks”ın futbol akadsemiyasıdır. Təsadüfi deyil ki, hansısa futbol modelindən söz düşərkən ilk ağla gələn də “Ayaks” modeli” olur. Bu klubun akademiyası demək olar ki, Avrpopada ən çox istedadlı futbolçu ixrac edən klub sayılır. Hazırda bir çox dünya ölkələrində uşaq futbolunun inkişafı ilə bağlı proqramlar qəbul edəndə, yaxud bu sahədə infrastruktur quranda ilk növbədə “Ayaks”In futbol akademiyasının fəaliyyəti araşdırılır. Futbol akademiyaları ümumiyyətlə, bir növü həm də orta məktəb funksiyasını yerinə yetirir. Yəni istyedadlı, futbol oynamağı bacaran azyaşlı futbolçulara yalnız futbolun sirləri öyrədilmir. Onlara həm də orta məktəb fənnlərin tədris olunur və təhsil verilir. Qeyd edək ki, Avropada təhsil, uşaqların savadlı yetişməsi də proeritet məqsəd kimi qarşıya oyulur. Yəni onlar tək güclü futbolçu yox, eyni zamanda həm də layiqli vətəndaş yetişdirirlər. Akademiyada oxuduqları müddətdə, futbolçuların bütün tələbatları artıqlaması ilə ödənilir. Onların yaşayış səviyyısi, qidalanması yüksək səviyyədə təmin olunur. Ancaq qeyd edək ki, eyni zamanda bu akademiyalarda yüksək nizam-intizam hökm sürür.


Məsələn, misal kimi “Barselona” futbol akademiyasının 1 günlük qrafikini sizin diqqətinizə çatdırmaq istəyirik. Futbolçular səhər saat 07:00-da yuxudan dururlar. 07:30-da səhər yeməyinə gedirlər. Yarım saatlıq nahardan sonra hər kəs otağına gedir və hazırlaşır. Saat 08:30-da artıq hər kəs həyətdə olmalıdır. Çünki göstərilən saatda servis gəlib uşaqları dərsə aparır (servis uşaqları dərsə aparmaq üçün ayrılan xüsusi avtobuslara deyilir). Dərslər başa çatandan sonra günorta saatalrında servis eyni qaydada uşaqları akademiyaya gətirir. Günorta 13:00-14:00 arası günorta yeməyi olur. Daha sonra bir qədər dincələn gənc futbolçular saat 15:00-da məşqə yola düşürlər.  Məşq bəzən 1.5 bəzən isə 2 saat sürə bilər. Məşqi başa çatdırıb geri qayıdan futbolçulara akademiyada eyni zamanda nəzəri məşğələlər də aparılır. Saat 18:00-dan etibarən futbolçularına asudə vaxtları başlayır. Saat 19:00-dakı axşam yeməyindən sonra onlar televiziyaya baxa, kitab, jurnal oxuya və vaxtlarını internetdə keçirə bilərlər. Saat 22:00-da isə artıq hamı yatağında olmalıdır. Gördüyünüz kimi rejim hardasa hərbi hissələrdəki gündəlik rejimə yaxındır. Sadəcə əsgərlərdən fərqli olaraq uşaqlar bir qədər sərbəst dincləmək hüququna malikdirlər. Bu arada maraq üçün bir məqamı da diqqətinizə çatdırmaq istərdik. Belə ki, istər dərsə istərsə də məşqə gedərkən, hansısa uşaq servisə 1 dəqiqə belə gecikərsə servis onsuz yola düşəcək. Yəni gecikən uşaq həmin günü dərsdən, yaxud məşqdən kənar qalacaq. Qeyd etdiyimiz kimi, akademiyalarda uşaqlara göstərilən bütün xidmətlər pulsuzdur.

Eyni zamanda pullu futbol akademiyaları da var. Məsələn, İtaliyada məşhur Venetsiya Futbol Akademiyasında eyni zamanda pullu təhsil də var. Məsələn, hansısa bir ölkədən istənilən gənc futbolçu bacarığını daha da artırmaq üçün ildə 2100 dollar qarşılığında gedib Venetsiya Futbol Akademiyasında oxuya bilər. Amma bu o demək deyil ki, 2100 dollar pulu olan istınilən şəxs bu şərəfə nail olacaq. Ən azında gedəcək uşaqların qabında da nə isə olmalıdır. Təbii ki, akademiyanın öz seleksiyaçılarının seçib akademiyaya gətirdikləri uşaqlar burada pulsuz btəhsil alırlar.
Bu sadaladıqlarımız konkret klubların öz nəzdlərində yaratdıqları futbvol akademiyaları idi. Bundan başqa Azərbaycanda olduğu kimi terli federasiyanın nəznində fəaliyyət göstərən futbol akademiyaları da var. Bir qism akademiaylar da var ki hansı ki, müxtəlif şəxslər tərəfindən açılır. Məsələn bir sıra dünya futbolunun ulduzları var ki, onlar öz vətənlərində, öz doğma şəhərlərində bu tip akademiyalar açaraq kasıb uşaqların orada təhsil almalarını təmin edirlər.  


Futbolun yarandığı Böyük Briyaniyada David Bekhemin Futbol Akademiyası fəaliyyət göstərir. Avropada ən böyük məkytəd hesab olunan bu akademiya Londonda Temza çayının sahilində yerləşir. Akademiyanın futbol proqramı Devid Bekhem və “Mançester Yunayted” klubunun gənclər komandasının baş məşqçisi işləmiş Erik Harrison tərəfindən tərtib edilib. Bu həmin Harrisondur ki, vaxtilə Devid Bekhem, Pol Skols, Rayan Qiqs və Fil Nevil kimi məşhur futbolçuları yetişdirib. Maraqlıdır ki, akademiyanın məşq proqramının direktoru “Çelsi” klubunun gənclər komandasının baş məşqçisi olmuşTedd Deyldir. Məşqçilərə tibbi və inzibati heyət kömək edir. Akademiyanın əsas məqsədi futbol üzrə səviyyəli məşqlər təqdim etməkdən, peşəkar mühitə öyrətməkdən və əla texniki avadanlıqlardan istifadə etməklə lazimi bacarıqlar aşılamaqdan ibarətdir. Proqramın futbol hissəsi özündə oyunun bütün aspektlərini əks etdirir: pas ötürmək, topu saxlamaq, driblinq, başla oynamaq, taktika və kollektiv fəaliyyət. Qapıçılar, müdafiəçilər, yarımmüdafiəçilər və hücumlar üçün xüsusi məşq proqramları da var. Oyunlar və mini-turnirlər yaş və səviyyəyə uyğun təşkil olunur. Bundan başqa, orqanizmin fiziologiyası, sağlamlıq, fitnes və düzgün qidalanma barədə nəzəri məşğələlər də keçirilir. Akademiyanın proqramı 15 günü əhatə edir və 11-12 yaşlı oğlan və qızlar qəbul olunurlar. Akademiyanı bitirənlərə sertifikat və xüsusi döş nişanı verilir.

Devid Bekhemin Akademiyası ABŞ-da da fəaliyyət göstərir. Lon-Anceles şəhərində yerləşən akademiya məşq və məşğələlərini LA “Home Deport Center” idman kompleksində keçirir. Bu kompleksdən “La Galaxy” və “Chivas USA” futbol komandaları da istifadə edirlər. Kompleksdə həmçinin tennis kortları və yüngül atletika avadanlıqları var. Akademiyanın tələbələri məşq prosesi zamanı kompleksdə məşhur idmançılarla da qarşılaşa bilərlər.


 


















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq