“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin Qol.Az saytına müsahibəsi
- Berti Foqts xeyli vaxtdan sonra səni milli komandaya çağırdı. Bu dəvət sənin üçün gözlənilməz olmadı?
- Düzü, təəccüblənmədim. Çünki bu təklifi ondan çoxdan gözləyirdim. Dəvətə görə çox şad oldum.
- Amma sonradan zədə səbəbindən heyətdən kınərlaşdırıldın.
- Bəli. Ayağımda yüngül zədə var. Bu barədə baş məşqçiyə xəbər vermişdim. Foqtsda mənə azad olduğumu bildirdi. Əslində sonradan zədənin ciddi olmadığı üzə çıxdı. Amma nə vaxtsa mütləq əməliyyat olmalıdır. Yəni indi oynaya bilərəm. Məşqlərdə də ağrı olmadığını görüb çox sevindim.
- Bəs, bu haqda Berti Foqtsa məlumat vermədin?
- Ona hər şeyi tərcüməçisi vasitəsiylə ona çatdırdım. Lakin mənə dedi ki, azadsan, gedə bilərsən. Bundan sonra Foqtsun tərcüməçisindən bir daha onun yanına getməyi xahiş etdim. Bildirdim ki, millidə məşq edə bilərəm və özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Onun cavabı isə yenə dəyişmədi.
- Almaniyalı mütəxəssisin bu addımını necə qarşıladın?
- Əlbəttə ki, çox pis oldum. Hətta milli komandanın bazasından geri dönərkən hisslərimə hakim ola bilmədim. Berti Foqtsun cavabından sonra ağladım. Çünki neçə vaxt idi ki, mən milliyə düşmək üçün əlimdən gələni edirdim. Millidə oynamaq mənim ən böyük arzularımdan biri idi.
- Baş məşqçinin qərarından sonra milli haqda fikirlərin dəyişməyib?
- Bir şeyi daha yaxşı anladım. Bildim ki, konkret olaraq azərbaycanlı gənc futbolçulara hörmət yoxdur. Bəziləri yerli, gənc, gələcəyin futbolçularına necə dəstək olmağı bilmirlər. Mənə qarşı elə hərəkət etdilər ki, sabah ciddi zədəm olsa belə, bunu gizlətməyə məcbur olacağam. Çünki fikirləşəcəyəm ki, yenə məni millidən kənarda tutacaqlar. Oyun zamanı bilinəndə də deyəcəklər ki, niyə zədəni demirdin. Axı, hazırda mənim ciddi zədəm yoxdur. Milliyə xeyir verə bilərdim. Mən özüm-özümə fikirləşdim ki, kiçik zədəmin Foqtsa deməklə çox səhv etmişəm. Berti Foqts mənə şans verməlidir. Çünki mənim “Neftçi”dəki oyunumu yaxşı görüb. Lakin o deyib ki, Cavid gəlsə, gərək komandanın taktikasını dəyişim. Məgər Messiyəm ki, bütün oyunu mənim üzərimdə qursun? Mən də digər futbolçular kimi verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağam.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı