Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Millimiz DÇ-2014-cü ilin seçmə mərhələsində üçüncü görüşünü səfərdə Rusiya yığmasına qarşı keçirəcək. Qarşıdakı oyun haqda fikirlərinizi bilmək istərdik.
- Təəssüflər olsun ki, yenə çox güclü komandaya qarşı mübarizə aparacağıq. Hazırda Azərbaycan futbolu elə yüksəkdə deyil ki, belə komandalarla oyunlarda onlara qarşı bərabər səviyyədə mübarizə aparaq. Rusiyanı Fabio Kapello kimi böyük məşqçi çalışdırır. Onun gəlişiylə Rusiya millisində yaxşı mənada böyük dəyişiklik olub. Artıq bu komandada matçın taleyini ulduz futbolçular deyil, kollektiv oyun həll edir. Seçmə mərhələdə Rusiyanın göstərdiyi iki görüşü və bolqollu qələbələri hücumda yaxşı çıxış etdiyindən xəbər verir. Bu rəqibimiz müdafiədən deyil, hücumdan futbol oynayır.
- Necə düşünürsünüz, səfərdə bizi hansı nəticə gözləyə bilər?
- Mən xoşlamıram ki, komandaların çıxışını səfər və ev oyunlarına bölüm. Bu məsələ artıq keşmişdə qalıb. Oynamağı bacaran komanda üçün məkan heç də əsas hesab edilmir. Peşəkar futbolçular üçün bunun əhəmiyyəti yoxdur. Bu gün Rusiya millisi Portuqaliya kimi güclü rəqiblə qrupda ilk pilləni tutmaq üçün başabaş mübarizə aparır. Hər iki komanda qrupun digər komandalarla oyununda bir-birlərinin xal itkisini gözləyir. Bu baxımdan ruslar bizimlə oyuna ciddi yanaşacaqlar. Bir şey də var ki, bizdən öncə Rusiya səfərdə Portuqaliyanın qonağı olacaq. Əgər bu görüşdə Rusiya məğlub olsa, onlarda ruh düşkünlüyü yarana bilər. Lakin komandanın qələbəsi Azərbaycanla oyunda motivasiyanı birə beş artıracaq.
- Belə çıxır ki, milimiz səfərdə Rusiya ilə oyunda müdafiə futboluna üstünlük verəcək?
- Bu gün reallıq Rusiyanın güclü olduğunu göstərir. Lakin yığmamız çalışmalıdır ki, bacardığımız qədər mübarizəni meydanın mərkəzində aparaq. Buna nə dərəcədə nail olacağımızı söyləmək çətindir. Çünki bu gün biz bu oyun barədə kənardan asan danışa bilərik. Lakin baş məşqçi daha yaxşı bilir ki, onun ixtiyarındakı futbolçular qadirdir. Birdə ki, baş məşqçinin qurduğu heyətdən çox şey aslı olacaq.
- Sizcə, Azərbaycan yığması səfərdə Rusiyayla heç-heçə edə bilərmi?
- Bu gün futbolda mümkünsüz heç nə yoxdur. Sadəcə, problem odur ki, bu gün millimizin sabit çıxışı yoxdur. Bu sabit oyunun olmamasına görə qərara gəlmək olmur ki, biz səfərdə heç-heçə edə biləcəyik, ya yox.
- Deməli, Rusiyanın şanslarını yüksək qiymətləndirirsiniz?
- Bəli.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı