"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində bu axşam Portuqaliyanı qəbul edəcək Rusiya yığmasının baş məşqçisi Fabio Kapello oyunöncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, italiyalı mütəxəssis bu görüşdə favoritin olmadığını bildirib:
"Son iki oyunda qələbə qazanmışıq. Komandamın müdafiə xəttindən razıyam. Ancaq bu axşam rəqibimiz çox güclüdür. Bununla belə, Portuqaliya ilə oyunda favoritin olmadığını düşünürəm. Portuqaliya millisi yüksək səviyyəli komandadır. Amma biz də onlardan geri qalmırıq və bu axşam yalnız qələbəyə oynayacağıq.
Ronaldoya gəldikdə isə bu futbolçunun dünyanın ən yaxşı oyunçusu olduğu hər kəsə bəllidir. Müdafiədə ona qarşı çox diqqətli oynamalı və Ronaldonun cərimə meydançamıza yaxınlaşmasına imkan verməməliyik. Əks təqdirdə bu bizə baha başa gələcək. Ronaldo "Barselona" ilə oyunda zədələnərkən onun bizimlə oyunda oynamamasını və zədəsinin ciddi olmasını arzulamışdım (gülür). Çünki Ronaldosuz Portuqaliyaya qarşı oynamaq daha asan olardı".
Qeyd edək ki, Rusiya millisi seçmə mərhələ çərçivəsində bu axşam Moskvada Portuqaliya, 4 gün sonra isə millimizlə qarşılaşacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"