"Ötən mövsümün ən yaxşı qapıçısı seçildiyim üçün şadam. Bu uğuru qazanmaq asandır, ancaq qorumaq çətindir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun qapıçısı Kamran Ağayev deyib.
Ötən mövsümün ən yaxşı qapıçısı seçilən Kamran Azərbaycanda yetərincə peşəkar qapıçıların olduğunu bildirib:
"Düzünü desəm, bu mükafatı qazanacağıma o qədər də inanmırdım. Çünki, ötən mövsüm zədələrə görə bir qədər yaxşı çıxış edə bilməmişdim. Azərbaycanda yetərincə peşəkar qapıçılar var. Hətta mən deyərdim ki, Avropa səviyyəli qapıçılarımız yetərincədir. Stabil oynamağa çalışmaq lazımdır. Komandam üçün əlimdən gələni etmişəm və bundan sonra da edəcəm.
Məni bu mükafata layiq görənlərə təşəkkür edirəm və onların etimadını doğrultmağa çalışacağam. Komanda yoldaşım Kamal Bayramov da yetərincə peşəkar qapıçıdır. O, Avropada çıxış etməyə layiq olan futbolçudur. Sadəcə “idman xoşbəxtliyi” onun üzünə gülmür. Kamalın üzərində təzyiqlər çoxdur".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər