AFFA-nın baş katibi Elxan Məmmədov 2008-ci ilin martında rəhbərlik etdiyi qurumla Almaniya Futbol İttifaqı arasında imzalanmış əməkdaşlıq müqaviləsinin artıq müsbət effekt verdiyini deyib.
Qol.Az-ın məlumatına görə, FİFA-nın saytına müsahibəsində E.Məmmədov bildirib ki, bu əməkdaşlıq Azərbaycanda hakimliyin, məşqçilərin, gənc oyunçuların və qadın futbolunun inkişafına yönəlib.
“Əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra bizim futbolda çox şey dəyişib. Əksər baş məşqçilərimiz xüsusi kurslarda iştirak edib və UEFA lisenziyası alıb. Hakimliyin səviyyəsi yüksəlib” – deyən E.Məmmədov ölkəmizdə qadın futbolunun hazırkı durumuna da toxunub.
“Sissi Raytın gəlişindən sonra bizdə qadın futbolu inkişaf etməyə, yeni-yeni komandalar yaranmağa başlayıb. Biz çox fəxr edirik ki, hazırda Azərbaycanda qızlar arasında iki çempionat U-15 və U-17 liqaları keçirilir” – deyə E.Məmmədov bildirib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər