“Qəbələ” klubunun yarımmüdafiəçisi Rövşən Əmiraslanovun Qol. Az saytına müsahibəsi
- Premyer Liqanın VIII turunda səfərdə “Bakı”yla 1:1 hesabıyla bərabərə qaldığınız oyun haqda fikirlərin necədir?
- Bu görüşə ciddi hazırlaşmışdıq. Bilirdik ki, çox çətin olacaq. Çünki “Bakı”nın heyəti səviyyəli legionerlər az deyil. Bizdə yeni baş məşqçinin gəlişiylə komanda yoldaşlarımın əhval-ruhiyyəsi çox yüksək idi. Bilirdik ki, ən azı məğlub olmayacağıq. Sözsüz ki, Bakıya üç xal üçün gəlmişdik. Lakin düşünürəm ki, hazırkı durumda bir xal da normaldır.
- Matçın 14-cü dəqiqəsində Viktor Mendinin qolu sayəsində önə keçsəniz də, hesabı qoruya bilmədiniz. Buna səbəb nə idi?
- Komanda oyuna yaxşı başlamışdı. Xüsusən də ilk hissədə rəqibi sıxışdırmışdıq. Demək olar ki, “Bakı”ya oynamaq imkanı vermədik. Hesabı qoruya bilməməyimizə gəlincə, buna fiziki cəhətdən axsamamız səbəb oldu.
- Qarşılaşmanın 43-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq komandanı çətin vəziyyətdə qoydun.
- Mənim fikrimcə, adi eppizodlara görə sarı vərəqə vermək düzgün deyil. Sadəcə, hər iki futbolçu top uğrunda mübarizə aparırdı. Yəni mən rəqibə bilərəkdən zərbə endirmədim. Bəlkə də, birinci sarı vərəqəni haqlı saymaq olardı. Lakin ikinci sarı vərəqə düz deyildi.
- Sözlərindən belə çıxır ki, baş hakim Anar Salmanovun idarəçiliyindən narazı qalmısan.
- Anar Salmanovdan tam olaraq narazı qalmamışam. Oyunu normal səviyyədə idarə etdi. Lakin “Bakı”ya simpatiyası da hiss olunurdu. Düşünürəm ki, ikinci sarı vərəqəni göstərməyə də bilərdi. Ən azı xəbərdalıq edərək bağışlamaq olardı.
- Qırmızı vərəqə alaraq meydanı tərk etdikdən sonra komandan qapısında qol gördü. Xal itirdiyinizə görə özünü günahkar hesab edirsən?
- Bəli. Soyunub-geyinmə otağında da qanım qaralmışdı. Ən azı daha diqqətli və səbirli olmalıydım. Lakin istənilən halda komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm ki, mənim yoxluğumu o qədər də hiss etdirmədilər. Oyundan sonra baş məşqçimiz Ramiz Məmmədov və komanda yoldaşlarım mənə təskinlik verdilər.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı