“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi
- Öncə yenidən “Qəbələ”yə qayıtdıqdan sonra keçirdiyiniz ilk oyuna toxunmaq istərdim. AZAL-la matçda komandanızdan istədiyinizin heç olmasa, əlli faizini ala bildinizmi?
- Mən futbolçularımızda ölmüş ruhun dirilməsini gördüm. Artıq oyunçularda özünəinam artıb. Bunu məşqlərdə, futbolçular arasındakı münasibətdən də görmək mümkündür. Qapıçı Anar Nəzirovun oyun praktikası olmadığı üçün onu da meydana buraxdım. Digər futbolçu Rövşən Əmiraslanov verdiyim tapşırıqların 99 faizinin öhdəsindən gəlməyi bacardı. Sadəcə, bir məqamda yüngül səhvə yol verdi. Yəni, biz oynamayan futbolçuları da oynatdıq. İstədiyimi onlardan ala bildim. Əvəzedici heyətdən bir neçə futbolçunu da əsas komandaya cəlb etmişik. Bunlardan biri Rey Məmmədovdur. Məqsədimiz yerli perspektivli futbolçularımızın Kamanan, Dodo, Rəşad Abdullayev kimi futbolçularla birgə çıxış edib təcrübə toplamasıdır.
- Sabah Premyer Liqanın VIII turunda “Bakı” ilə qarşılaşacaqsınız. Komandanızı bu oyuna tam hazır hesab edirsiniz?
- Rəqibimiz güclüdür. Komandanın yaxşı baş məşqçisi və səviyyəli futbolçuları var. Bu görüşə tam hazırıq. Sabah “Bakı” ilə meydana üç xal üçün çıxacağıq. Futbolçulardan tələb olunan və qarşımıza qoyulan məqsəd budur.
- Səfərdə oynayamağını sizin üçün nə kimi çətinliklər yarada bilər?
- Mən əvvəllər də demişəm ki, ev, səfər oyun amili olmur. Hətta bunu Qazaxıstanda işləyən zaman futbolçularıma deyirdim. Biz Azərbaycanda oynayırıq, deməli, bura öz evimizdir. Ona görə də biz Azərbaycanda heç vaxt səfərdə oynamırıq.
- Bəs rəqibinizin bu gün lazımı səviyyədə olmaması “Qəbələ”yə nə kimi üstünlük verə bilər?
- “Bakı” hazırda istədiyi futbolu nümayiş etdirə bilmir, adlarına layiq yerdə qərarlaşmayıblar. Lakin bu o demək deyil ki, onlar sabah ciddi mübarizə aparmayacaqlar. Belə götürəndə, “Sumqayıt”a yenildikdən sonra Bakıda maksimum güc sərf edərək qalib gəlmək istəyəcəklər. Biz onların keçirdikləri bütün oyunlarla yaxından tanış olmuşuq. Futbolçulara kimə qarşı və necə oynamalı olduqlarını izah etmişəm.
- Deməli, “Bakı”nın zəif və güclü mövqelərini müəyyən etmisiniz?
- Demək olar ki, hə. İstənilən güclü komandanın zəif nöqtəsi olur. Təcrübəli məşqçi digər komandada bunu müəyyən etməlidir. Məşqçi həm də bundan ötrü fəaliyyət göstərir. Biz də öz texniki heyətimizlə birlikdə rəqibin zəif nöqtələri üzərində işləmişik. Necə lazımdırsa, yaxşı analiz etmişik. İnşallah, bunun bəhrəsini görərik. Futbolçularla dil problemini, tərcüməçi vasitəsiylə həll edirik.
- Sizin baş məşqçi vəzifəsinə gəlişinizdən sonra AZAL-a qarşılaşmada “Qəbələ”nin oyununda taktika və nizam intizam aydın görünürdü. Bunu qısa bir zamanda necə edə bildiniz?
- İstedadlı insan həyata lider kimi gəlir. Bu keyfiyyətləri insana Allah bəxş edib. Milliyyətindən asılı olmayaraq, istənilən insana yanaşma tərzimiz yaxşıdır. Qısa bir zamanda heyətdəki futbolçularla dil tapa bildim. Bunu onların özündən soruşsanız, daha yaxşı olar. Komandada xoş ab-hava hökm sürür. Artıq komandanı pis əhval-ruhiyyədən çıxara bilmişik. Birdə ki, hər bir məşqçinin özünə məxsus futbol fəlsəfəsi var. Bu gün futbol ən sadə və bir o qədər də mürəkkəb idman növüdür. Mən klub rəhbərliyinə minnətdaram ki, vaxtında bizi oxudublar. Bugün kateqoriya sənədimiz var. Yavaş-yavaş işlərimizi daha da yaxşılaşdırmağa davam edəcəyik.
- Bu gedişlə komandanızın ən azı Avroliqaya vəsiqə qazana biləcəyinə inanırsınız?
- Düzgün məşq prosseslərini davam etdirsək, məqsədimizə çata bilərik.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı