Bu gün İtaliyanın «İnter» klubunun baş məşqçisi Andrea Stramaççioni Bakıda mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, o, sabah «Neftçi»yə qarşı keçiriləcək Avropa Liqasının oyunu ilə bağlı fikirlərini açıqlayıb.
- «Neftçi» barədə fikirləriniz necədir?
- Əməkdaşlarımızdan «Neftçi» barədə çox informasiya toplamaq istədim. Vobay, Flavinyo, İmamverdiyev çox təhlükəlidir. Çox güclü oyunçulardır. Bizim üçün başağrısı ola bilər. «Neftçi» son vaxtlar yaxşı inkişaf edib. Bizim üçün vacib oyun olacaq.
- Əsas oyunçularını Bakıya gətirməmisiniz. Bu, o deməkdirmi ki, "Milan"la həftəsonu keçiriləcək oyuna daha çox önəm verirsiniz?
- Bu, «Neftçi» ilə bağlı məsələ deyil. Onlar son on gündü beş oyun keçiriblər. Onlara dincəlmək lazımdır. Təzyiq altında olublar. Sabah mənə fiziki cəhətdən güclü olan komanda lazımdır.
- Sizin üçün Avroliqa önəmlidir, yoxsa İtaliya A seriyası?
- «İnter» hazırda üç cəbhədə mübarizə aparır. Biz bütün turnirlərdə yaxşı iştirak etməliyik.
- Bakıda məqsədiniz nədir?
- Oyuna böyük motivasiya ilə çıxacağıq. Çünki biz bura yalnız qələbə üçün gəlmişik.
- Sabah hansısa sensasiya gözləyirsinizmi? «Neftçi»nin baş məşqçisi "İnter"i məğlub edəcəklərini deyib.
- Mən «Neftçi»yə böyük hörmətlə yanaşıram. «Neftçi»nin APOEL və «Partizan»la matçlarını izləmişəm. Heyəti güclüdür. Bir daha təkrar edirəm, «Neftçi» bizim üçün ciddi rəqibdir. Onların bir balaca üstünlüyü olacaq. Çünki «Neftçi» evdə oynayır. Biz «Rubin»lə oyunkı səhvlərdən nəticə çıxarmışıq. Çalışacağıq ki, «Neftçi» ilə oyunda bu səhvlər təkrarlanmasın və uğur qazanaq.
- Derbi, yoxsa «Neftçi»?
- Sabah qələbə qazanmalıyıq. Fikrimi «Neftçi» ilə oyuna yönəltmişəm. Amma əlbətttə, «Milan»la matçı da fikirləşəcəyəm.
- «Neftçi» 13 ildir evdə uduzmur avrokuboklarda. Bu, sizi narahat etmir?
- «Neftçi»nin gücünə bələdik. Son vaxtlar yaxşı oynayır. APOEL-lə qarşı yaxşı oynadı. Hansı ötən mövsüm ÇL-də 1/4 finala çıxmışdı. Sabah qələğə qazanmaq istəyəcəyik. Bu oyundan sonra komandanı «Milan»la oyuna hansı səviyyədə hazırlamaq barəcə fikirləşəcəyəm.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"