Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, siyahıda ölkəmizi yenə "Neftçi" klubu təmsil edir.
Tarixi ərzində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Neftçi" yeni dünya reytinqində irəlilyib. Son Azərbaycan çempionu ötən ayla müqayisədə 46 pillə irəliləyərək 78 xalla 259-cu yerdə qərarlaşıb.
Kamerunun "Kotonsport", Perunun "Universidad", Fransanın "Tuluza", İngiltərənin "Vest Bromviç", Avstraliyanın "Qosfrod", İspaniyanın "Osasuna" və İtaliyanın "Kataniya" klubları da "Neftçi" ilə 259-cu pilləni bölüşdürürlər.
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “İnter” (İtaliya) 28-ci, “Rubin” (Rusiya) 95-ci, “Partizan” (Serbiya) isə 105-ci olub. Ümumilikdə 400 komandanın yer aldığı siyahıya yenə İspaniyanın "Barselona" klubu başçılıq edir.
Kataloniya təmsilçisi 343 xalla 1-ci, Çilinin “Universidad” klubu 300 xalla 2-ci pillədə qalıb. Argentinanın “Boka Xunyors” klubu isə 286 xalla Madrid "Real"ını 4-cü pilləyə endirib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı