“Simurq”un futbolçusu Aleksandr Şemonayev Qol.Az saytına müsahibə verib.
- Premyer Liqanının son turunda evdə “Qarabağ”la 0:0 oynadınız. Səncə, “Simurq” bir xal qazandı, yoxsa iki xal itirdi?
- Real danışsaq, bir xal qazandıq. Çünki “Qarabağ” bizi “sıxmışdı”.
- Ancaq ev, süni meydança amili sizin xeyrinizə idi. Elə isə “Qarabağ”a niyə şərait yaratdınız ki, sizi üstələsin?
- Həmin günü “Simurq” öz oyununu oynaya bilmədi. Tək səbəb bunu görürəm.
- Bəlkə ilk pillədə olmağınız sizdə eyforiya yaratmışdı?
- Yox, mən belə deməzdim. Sadəcə, liderliyə yüksələndən sonra bizə qarşı daha ciddi yanaşırlar, ikiqat artıq güclə mübarizə aparırlar. Bunun da təsiri var.
- Bununla belə hazırda zirvədə qərarlaşmısınız. Bu pilləni əlinizdə saxlaya biləcəksiniz?
- Bizim əsas hədəfimiz ilk “altılığ”a düşməkdir. Çalışacağıq ki, hazırda malik olduğumuz üstünlüyü qoruyaq. Gələcək oyunlar hər şeyi göstərəcək.
- “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev saytımıza açıqlamasında deyib ki, “Simurq” bu oyunla zirvədə qala bilməyəcək, növbəti turlarda uduzub liderliyi əldən verəcək...
- Maksim nə müsahibə verir, nə deyir özü bilər. Ancaq mən ona demək istəyirəm ki, bu, futboldu, burda hər şey olur. Yeri gələndə, “Xəzər Lənkəran” kimi komandanı udduq, “Bakı” ilə səfərdə heç-heçə oynadıq. “Qarabağ”a qarşı sadəcə, oyunumuz alınmadı.
- Növbəti turda “Sumqayıt”ı qəbul edirsiniz. Bu rəqib isə ard-arda iki turdu “Neftçi” və “Bakı” kimi iddialı klubları məğlub edib. Necə düşünürsən, Sumqayıt klubunu məğlub edə biləcəksiniz?
- “Sumqayıt”ın nəticələrindən xəbərim var, “Bakı” ilə oyunlarını televiziya vasitəsilə izlədim. Çox yaxşı komandadır. Meydançaya qələbə üçün çıxacağıq. Hədəfimiz üç xaldır. Ancaq bilirik ki, bizi çətin oyun gözləyir.
- “Sumqayıt”ın ən çox nəyindən çəkinirsən?
- Əksəriyyəti cavanlardır. 90 dəqiqə dayanmadan qaçırlar, işləyirlər.
- Bu arada çoxları səni legioner hesab edir...
- (gülür). Elədir, ad soyadıma baxıb çoxu məni legioner kimi tanıyır. Ancaq mən legioner deyiləm. Zaqatalada doğulmuşam, futbola da burda başlamışam, hazırda da “Simurq”un şərəfini qoruyuram.
- Azərbaycan dilində təmiz danışmağın da diqqət çəkir...
- Biz ailədə də Azərbaycan dilində danışırıq. Baxmayaraq ki, özüm rus bölməsində oxumuşam, bu dili də təmiz bilirəm, amma məndən rus dilində nəsə soruşanda da həmin insana Azərbaycan dilində cavab verirəm.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı