Təlim-məşq məqsədilə İstanbula yollanan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədəki hazırlıq prosesinə yekun vurub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər müddətində “Beşiktaş”lı (2:2) və “Fənərbaxça”lı (1:1) həmyaşıdları ilə qüvvəsini sınayan "Qəbələ" son yoxlama oyununda “Galatasaray”la üz-üzə gəlib.
İlk iki rəbibdən fərqli olaraq “sarı-qırmızılılar” "Qəbələ"nin 97-ci il təvəllüdlü futbolçulara qarşı əsasən 96-cı il təvəllüdlü futbolçularla mübarizə aparıblar.
Matç tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. Lakin dəqiqələr irəlilədikcə meydan sahibləri üstünlüyü ələ keçiriblər. 6 gündə 3-cü oyununa çıxan “Qəbələ”də hiss olunan yorğunluq komandanın oyununa və nəticəyə təsirsiz ötüşməyib. "Qəbələ" matç boyunca rəqibin qapısı önündə bir neçə əlverişli epizod yaratsa da, fəqlənə bilməyib. Əvəzində “Qalatasaray” əlinə düşən imkanlardan maksimum yararlanıb və matçdan 3:0-lıq qalibiyyətlə ayrılıb.
Messinin 400-cü assisti
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı
Azərbaycan derbilərini idarə edən hakimlər
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
"Bilmirəm baş hakim qərarını niyə dəyişdi" - Kurban Berdiyev
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
"Araz-Naxçıvan" “Karvan-Yevlax”a belə qalib gəldi - Video
“Tottenhem” və “Mançester Yunayted” xalları bölüşdürdü
"Oyunla bağlı çox danışmaq istəmirəm" - Elmar Baxşıyev
"Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır" - Azər Həşimov
“Zirə" - "Turan-Tovuz" : Heyətlər
Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
Azərbaycan derbisi üçün bütün biletlər satıldı