"Arsenal"ın futbolçusuna bir illik cəza

"Arsenal"ın futbolçusuna bir illik cəza
GÜNDƏM 28 Sentyabr 2012 / 00:36 2670
-  A +

"Arsenal" klubunun sol cinah müdafiəçisi Andre Santosa bir illik cəza verilib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu cəza futbolla deyil, yol hərəkət qaydaları ilə bağlıdır.

Belə ki, futbolçu avtomobili ilə sürət həddini aşdığı üçün (saatda 234 km) bir illiyinə sükan arxasına oturmaqdan məhrum edilib. Üstəlik 29 yaşlı futbolçuya 3 min 600 funt-sterlinq pul cəzası da kəsilib.

Qeyd edək ki, ötən mövsüm "Fənərbaxça"dan "Arsenal"a transfer olunan Santos keçirdiyi 16 oyunda cəmi 2 qola imza atıb.

Daha çox


Son xəbərlər