“Bilirsiniz ki, “Neftçi” bu il Azərbaycan futbolu tarixində bir ilkə imza atdı, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Əlbəttə ki, bu, Azərbaycan futbolu üçün bir tarixdi, amma buna baxmayaraq, biz bununla kifayətlənmirik və istəklərimiz daha böyükdür”.
Qol.Az-ın Serbiyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri sabah Avropa Liqasının qrup mərhələsində Serbiyada “Partizan”ın qonağı olacaq “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
O, sabah meydançaya qələbə üçün çıxacaqlarını bildirib: “Niyə də “Neftçi” Avropa Liqasının qrup mərhələsini fəth etməsin? Min kilometr yol qət edib Belqrada gəlməmişik ki, əl-qolumuzu uzadıb məğlub olaq. Hədəfimiz böyükdür. Qoy, ədalət zəfər çalsın, kim güclüdür, meydançadan qalib ayrılsın”.
Hacıyev “Partizan” tərəfindən qrupun audsayderi sayılmalarına isə özünəməxsus tərzdə cavab verib: “Sabah Azərbaycan azarkeşləri bu günə qədər görmədikləri “Neftçi”ni görəcəklər. Futbol səhvlər oyunudur. “Partizan”ın məşqçiləri hesab edirlər ki, “Neftçi” qrupun audsayderidir. Amma onlar bununla bağlı erkən qərar veriblər. “Partizan” necə komandadır, necə oynayır, bunu bilirik. Bilirik ki, 1995-ci ildə Kuboklar kubokunu qazanıb. Son beş oyunlarının kaseti bizdədir. Bilirəm ki, bu klubda Türkiyədən tanıdığımız Saşa İliç, eləcə də Tomiç, İvanov, Volk kimi futbolçular oynayır. Bir sözlə, bu gün “Partizan”ı “Neftçi”dən yaxşı tanıyıram. Bizdə bir atalar sözü var ki, arxı tullanmamış hop deməzlər. Rəqibə hörmət etmək lazımdır. APOEL-in baş məşqçisi də demişdi ki, “Neftçi”dən sürpriz gözləmir”.
“Neftçi”nin baş məşqçisi sabahkı oyunda da ənənəsinə sadiq qalacağını və hücum futbolu oynadacağını deyib: “Mənim üçün evdə ya, səfərdə oynamağın əhəmiyyəti yoxdur. Bu gün fəxr edirəm ki, “Neftçi” Avropa Liqasının qrupunda oynayır. Heyətlə bağlı yeganə problemimiz Elvin Yunuszadə ilə bağlıdır ki, onu da əvəzləyəcək layiqli futbolçularımız var. O ki qaldı hansı taktika ilə oynayacağımıza, siz heç görmüsünüz ki, Böyükağa Hacıyev müdafiə futbolu oynatsın? Mən həmişə rəqibə açıq futbol təklif etmişəm. Sabah da eyni oyunu oynayacağıq. Hər şeydən qabaq serbiyalı azarkeşlər bu oyundan həzz alacaq. Çalışacağıq ki, onların yaddaşında uzun müddət həkk olunaq”.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video