“Qarabağ” xeyli zəifləyib”

“Qarabağ” xeyli zəifləyib”
GÜNDƏM 19 Sentyabr 2012 / 14:07 3049
-  A +

“Qarabağ”la oyunda 6:2 hesablı nəticə gözləməsəm də, qalib gələcəyimizə əmin idim”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində AZAL klubunun müdafiəçisi Aqil Nəbiyev Premyer Liqanın beşinci turunda “Qarabağ”ı məğlub etdikləri oyun haqda danışarkən deyib.

“Həmin gün “Qarabağ” ən zəif oyunlarından birini keçirdi.  Artıq hesab 2:0 olandan sonra bildim ki,”Qarabağ” belə oynasa, böyük hesabla uduzaxaq.  Oyunun gedişatı da bunu göstərdi” – deyən A.Nəbiyev “Qarabağ”ın əvvəlki kimi güclü olmadığını bildirib: “Mən “Qarabağ”ın çox oyununu izləmişəm. İstər çempionatda, istərsə də Avroliqada. Baxıram ki, “Qarabağ” xeyli zəifləyib”.

Öz komandası AZAL-a gəlincə, A.Nəbiyev qeyd edib ki, bu mövsüm komanda daha iddialıdır və yaxşı heyətə malikdir: “Mən artıq xeyli müddətdir ki, AZAL-ın formasını geyinirəm. Hər mövsüm rəhbərlik qarşımıza yüksək yerlər tutmaq məqsədi qoyur. Elə biz də bu mövsüm maksimum çempionluq, minimum avrokuboklara vəsiqəuğrunda mübarizə aparacağıq”.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər
topaz banner