“Neftçi” klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviçin Qol.Az saytının Belqrada ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- İki gün sonra Avroliqanın qrup mərhələsinin ilk matçında Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaqsınız. Oyun haqda nə düşünürsən?
- Yüzdə yüz deyə bilərəm ki, qarşılaşma çox ağır keçəcək. “Xəzər Lənkəran”ı çempionatda məğlub etməyimizdən sonra özünə olan inamımız bir qədər də artıb. “Partizan” isə son oyununda beş qol vuraraq rəqibini məğlub edib. Onlar öz meydanlarında oynayacaqlar və təbii ki, bu, rəqib üçün əlavə üstünlüyə çevriləcək. Serblər bu oyunda favorit görünürlər. “Apoel”ə qarşı göstərdiyimiz futbolu “Partizan”la oyunda da nümayiş etdirməliyik. Lazımdır ki, maksimum şəkildə meydanda mübarizə aparaq.
- Rəqibi necə qiymətləndirirsən?
- “Partizan” çox yaxşı komandadır. Yetərincə səviyyəli oyunçuya malikdir. Sürətli futbol oynayırlar.
- Səncə, “Partizan”a qarşı “Neftçi” necə oynamalıdır? Müdafiə, yoxsa hücum futbolu?
- Əsas odur ki, yaxşı oyun göstərək. Təbii ki, müdafiəni unutmamaq şərtiylə hücumda kəsərli olmalıyıq.
- Həmyerlilərinlə oyunda hansı nəticə səni tam qane edəcək?
- Önəmli olan məğlub olmamaqdır. Çıxıb mübarizə aparacağıq. Biz bura qələbə qazanmaq üçün gəlmişik. Təkcə “Partizan”la oyunda deyil, “İnter” və “Rubin”lə oyunlarda da uduzmamaq lazımdır.
- Sən bir müddət vətənində “Srvena Svezda” klubunun şərəfini qorumusan. Sabiq klubunun çempionatda ən ağır qarşılaşmaları da məhz “Partizan”a qarşı olub. Rəqibin azarkeşlərinin sənə qarşı heç də xoş münasibət bəsləmədikləri bəllidir. Yəqin bu qarşılaşmadada onlar sənə qarşı xüsusi təzyiq edəcəklər. Buna hazırsan?
- Sizə deyim ki, “Partizan”ın azarkeşləri “Srvena Svezda”nın fanatları qədər çılğın deyil. Bununla belə, mənim üçün bu, heç də xoş olmayacaq. Onların azarkeşləri demək olar ki, mənə nifrət edirlər. Təbii ki, bir neçə müddətdən sonra “Partizan”ın stadionuna səfər oyununa getmək heç də yaxşı hal deyil. Mənə qarşı təxribatlara əl atacaqlar. Mən isə peşəkaram. Fikrim tam oyunda olacaq. Stadionun kənarında nə edəcəkləri məni maraqlandırmayacaq.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"