“Kəpəz”in “Qarabağ”dan icarəyə götürdüyü Emin İmaməliyev Qol.Az saytına müsahibəsində “Qəbələ” üzərindəki son qələbədən və “Qarabağ”da baş verənlərdən danışıb.
- Çoxları “Qəbələ” ilə oyunda rəqibi favorit sayırdı, amma siz qalib gəldiniz...
- Bilirdik ki, ağır oyun olacaq. Ona görə də oyuna çox ciddi hazırlaşmışdıq. Həm də doğma azarkeşlər önündə oynadığımızdan məğlubiyyıəti ağlımızdan belə keçirmirdik. Məncə, layiqli oynadıq və qələbəyə layiq idik.
- Uzun müddət idi ki, səni yaşıl meydançalardan görmürdük. “Qarabağ”da demək olar, oynamaq şansı qazanmırdın. Ancaq “Kəpəz”də Mahmud Qurbanov ilk oyundaca səni 90 dəqiqə oynatdı. Oyun praktikası baxımından əziyyət çəkmədin?
- Yox, heç bir çətinlik olmadı. Əksinə, sanki çoxdan idi oynayırdım.
- Bu arada “Qarabağ”dan “Kəpəz”ə keçidin necə baş verdi?
- Açığı, oynamaq istəyirdim. Elə oldu ki, Mahmud Qurbanov məni “Kəpəz”ə dəvət etdi. Mən də gedib “Qarabağ” rəhbərliyi ilə danışdım, sağ olsunlar, problem yaratmadılar. Mövsümün sonuna kimi icarə əsasında Gəncədə oynayacağam.
- Komandanın potensialı nəyə imkan verir?
- Belə götürəndə komanda ötən mövsümlə müqayisədə çox dəyişib. Hazırkı komandada 2-3 təcrübəli futbolçu var. Məsələn Azər Məmmədov, mən, Fetuçini. Qalanları hamısı 19-20-21 yaşlı gənclərdi. Onların da tam olaraq, bir-birinə uyğunlaşması, təcrübə toplaması üçün zamana ehtiyacları var.
- Növbəti turda səfərdə turnir cədvəlində ikinci pillədə qərarlaşan “Simurq”la üz-üzə gəlirsiniz. Səncə, səfərdən qələbə ilə dönə bilərsiniz?
- Çalışacağıq ki, “Qəbələ” üzərindəki uğurun davamını Zaqatalada da davam etdirək. Çoxları “Simurq”u sürpriz komanda adlandırır, amma mən deyərdim ki, onlar sürpriz deyil. “Simurq” hər il yaxşı futbol göstərir. Amma biz heç kimdən qorxmuruq, çəkinmirik.
- “Qarabağ”ın AZAL-a 2:6 hesablı məğlubiyyətini yəqin ki, sən də gözləmirdin.
- Heç cürə gözləmirdim. Həmin günü Gəncədən Bakıya qayıtdığımdan oyuna baxa bilmədim. Ancaq hesab doğrudan da gözlənilməz oldu. Çünki “Qarabağ” elə komandadır ki, hamı onlardan çəkinir. Belə bir komandanın bu cür hesabla uduzması... Nə bilim, futboldu, olur.
- Qurban Qurbanovun istefa istəyinə münasibətin necədir?
- Bir oyuna görə istefa vermək lazım deyil. Mənim fikrimcə, bu, düzgün addım deyil. Həm də yaddan çıxartmayaq ki, “Qarabağ”ın son illər qazandığı uğurlar məhz Qurban müəllimin adı ilə bağlıdır.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"