Azərbaycan Premyer Liqasının beşinci turunda səfərdə əzəli rəqibi “Neftçi”yə 1:2 hesabıyla uduzan “Xəzər Lənkəran”ın futbolçusu Eder Bonfim Qol.Az-a müsahibə verib.
- Məğlubiyyətə görə yəqin ki, üzgünsən...
- Təbii ki. Prinsipial rəqibə qarşı oynayırdıq. Odur ki,məğlubiyyət adama ikiqat təsir edir. Ancaq neyləmək olar? Artıq bu oyunu unudub önümüzdəki oyunlara baxmalıyıq. Nəzərə alaq ki, “Neftçi”ni evdə qəbul edəcəyik.
- Səncə, məğlubiyyətin əsas səbəbi nədə oldu?
- İlk növbədə qol imkanlarından maksimum istifadə etmirik. Ən böyük problemimiz budur. Rəqib bunu edir, amma biz etmirik. Məncə, hücumda məsuldarlığı artırsaq, işlər qaydasına düşəcək.
- Deyəsən, hakimlikdən də narazı qaldınız...
- Məğlubiyyəti kiminsə boynuna yıxmaq istəməzdik. Uduzmuşuqsa, ilk növbədə özümüz günahkarıq. Ancaq “Neftçi” ilə oyundakı hakimlik ideal deyildi. Oyunu bu qədər saxlamaq olmaz. İki epizodda isə topun bizdə olmasına baxmayaraq, oyunu dayandırıb cərimə zəribəsi təyin etdi. Nəticədə iki sürətli hücumdan məhrum olduq.
- Məğlubiyyətdə qapıçınızın səhvi nə dərəcədə rol oynadı?
- Yox, mən Orxan Sadıqlını günahlandıra bilmərəm, bu, düzgün deyil. Uduzmuşuqsa deməli hamımızın səhvi var. Dünya səviyyəli qapıçılar da səhv edir.
Anar XANLAROV
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar