Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibə verib.
- Premyer Liqanın beşinci turunda səfərdə “Neftçi”yə məğlub oldunuz. Oyun barədə nə deyə bilərsiniz?
- Çox gərgin bir qarşılaşmanın şahidi olduq. İstəməzdik belə bir oyunda məğlub olaq. Əgər “Neftçi” qapımız önündə 7-8 real qol imkanı yaradaraq, qələbə qazansaydı, bizə o qədər təsir etməzdi. Lakin belə bir şey olmadı. Bir sözlə, məğlub olunası oyun deyildi. Ancaq qalib gəldiyi üçün “Neftçi”ni təbrik edirəm. Çalışacağıq ki, növbəti oyunda qələbə qazanaq.
- 8-ci dəqiqədə erkən qolla hesabda irəli çıxsanız da, bu nəticəni qoruya bilmədiniz. Buna səbəb nə idi?
- İlk öncə deyim ki, ələ düşən imkanlardan istifadə edə bilmədik. Bundan başqa, futbolçuların çoxunda qol vurduqdan sonra arxayınçılıq yarandı. Bunun nəticəsi kimi qapımızda qollar gördük.
- Necə düşünürsünüz, bu oyunda Elnur Allahverdiyevin yeri çoxmu göründü?
- Əgər Elnur “Neftçi”yə qarşı forma geyinsəydi, daha yaxşı olardı. Onun yoxluğu öz sözünü dedi.
- Oyundan sonra keçirilən mətbuat konfransı zamanı bildirmisiniz ki, “Biz oynadıq, “Neftçi” qalib gəldi”. Rəqibinizin baş məşqçisi Böyükağa Hacıyev isə buna cavab olaraq, “Yunisdi deyir, qoy, desin” söyləyib...
- Böyükağa Hacıyev həmin anda başqa bir söz deməyib. Birdə ki, bu mənim şəxsi fikrimdir. Böyükağa müəllim bu fikirlə razılaşmaya da bilər. Lakin mən bir məşqçi kimi həmin oyunda öz komandamın rəqibdən daha yaxşı çıxış etdiyini düşünürəm.
- Hacıyev eyni zamanda “Partizan”ın məşqçisinin bu qarşılaşmanı izlədiyini nəzərə alaraq, bilərəkdən səviyyələrindən aşağı çıxış etdiklərini də söyləyib.
- İnşallah, təki çalışsınlar ki, “Partizan”la yaxşı oynasınlar. Ola bilsin, baş məşqçi taktiki gedişdən istifadə edib. Lakin mən buna inanmıram. Fikrimcə, “Neftçi” həmin görüşdə var gücüylə oynamışdı. Siz də bilirsiniz ki, derbi oyunlarda hər iki komanda bütün gücünü ortaya qoyur. Buna görə bunları boş-boş sohbətlər hesab edirəm.
- “Qarabağ” dünən AZAL tərəfindən 2:6 hesabıyla darmadağın olundu. Bundan sonra baş məşqçi Qurban Qurbanov istefa vermək haqda düşündüyünü söyləyib. Bir məşqçi kimi Qurban Qurbanovun addımına necə şərh verərdiniz?
- Həmin oyuna baxmasam da, nəticə haqda mətbuat vasitəsiylə öyrəndim. Bildim ki, AZAL həmin gün çox yaxşı oyun göstərib. Lakin bir oyunun nəticəsinə görə istefa vermək düzgün olmazdı. Qurban müəllim neçə ildi “Qarabağ”da çalışır, uğurlara imza atıb. Bir oyuna görə Qurban Qurbanovun istefa verməsini istəməzdim.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər