AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın beşinci turunda “Qarabağ”a qalib gəldiniz. Yəqin ki, rəqibi 6:2 hesabı ilə məğlub edəcəyinizi siz özünüz də gözləmirdiniz.
- Beu cür hesabı nəinki mən, ümumiyyətlə, Azərbaycandan heç kim gözləmirdi. Nəticədən isə çox razıyam. Düzdü, komandamın oyunundan tam olaraq razı qalmadım. Hücumda yaxşı təsir bağışlasaq da, bunu müdafiə haqda deyə bilmərəm. Arxa xəttə problemlərimiz var. Lakin sevindirici haldır ki, hücumda ələ düşən imkanlardan maksimum istifadə edə bildik. Hesab edirəm ki, çox güclü rəqibə qarşı möhtəşəm qələbə qazandıq. Çünki bu gün “Qarabağ” Azərbaycanın ən güclü komandalardan biridir.
- Hesabın belə böyük olmasına 13 və 19-cu dəqiqədə vurduğunuz erkən qollar təsir etdi?
- Bəli. İstər-istəməz vurduğumuz bu qollardan sonra rəqib hücuma daha çox atılmağa məcbur oldu. Biz də bundan istifadə edib sürətli əks hücumlar qurduq.
- Bu oyunda dörd qol vuran hücumçunuz Junior Nildonu mövsümün kəşfi adlandırmaq olar?
- Mən hesab edirəm ki, çempionatın ən yaxşı oyunçuları Nildo və Zohair Benouahi olacaq. Bu futbolçuları AZAL-ın uğurlu transferləridir. Lakin Nildoda çatışmazlıqlar var. Buna baxmayaq, hücumda öz işini görə bilir.
- Rəqibinizi hansı göstəricilərdə üstələdiniz?
- “Qarabağ”ı yaxşı təhlil edə bilmişdik. Rəqibimizin səhvlərindan yaxşı istifadə etməyi bacardıq. Həmçinin mərkəzdə pressinq etməklə, topa daha çox nəzarət etdik, sürətli hücumlar qururduq.
- Bu məğlubiyyətdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun istefa vermək istəməsi barədə qərara münasibətiniz necə oldu?
- Qurban Qurbanov da mənim kimi qoç bürcündəndir. Bəzən o mənim hərəkətimə bənzəyən addımlar atır. Bir zamanlar mən də məğlubiyyətlərdən sonra istefa verirdim. Lakin həyat təcrübəmə əsaslanıb Qurban Qurbanova məsləhət görərdim ki, belə tələsik addım atmasın. O, “Qarabağ”da qalıb işini davam etdirməlidir. İnanıram ki, mütləq istədiyi nəticəni əldə edəcək.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"