“Neftçi” klubunun müdafiəçisi Mahir Şükürov “Xəzər Lənkəran”la bugünkü oyun öncəsi Qol.Az-a müsahibə verib.
- İlk öncə, qısaca millinin Portuqaliyaya böyükhesablı məğlubiyyətinə toxunmaq istərdik. 63 dəqiqə tab gətirdiniz, amma...
- Rəqibimiz dünyanın ən güclülərindən hesab olunur. Heyətlərində kifayət qədər ulduz futbolçular var. Düzdür, bu cür məğlubiyyət olmaya da bilərdi. Ancaq bir məsələ var ki, əgər irəlidə top qalmırsa, müdafiədə üçün çox çətin olur. Nə qədər müdafiə olunmaq olar? Hər şeyə rəğmən uşaqlar sona qədər vuruşdular.
- Bir vitse-kapitan olaraq, necə düşünürsən, ola bilərmi, bütün heyətlə müdafiə olunduğunuz üçün bu cür məğlubiyyət aldınız? Olmazdı ki, Luksemburq millisi kimi hücumda ürəkli oynayaydınız?
- Bunu çoxları deyir. Lakin hər bir oyuna fərqli taktika seçilir. Bu qarşılaşmanın taktiki gedişi daha çox müdafiə olunmaq idi. Razıyam, ikinci hissədə hücuma istənilən kimi qoşula bilmədik. Məncə, fasilədə rəqib oyunumuzu daha yaxşı analiz edərək düzgün taktika seçə bildi. Buna görə də ikinci hissədə hücum qurmağımız, ümumiyyətlə, alınmadı.
- Oyun zamanı komanda yoldaşın Elnur Allahverdiyevlə bir-birinizi çox pis söyüşlərlə təhqir edirdiniz. Bunun səbəbi nə idi?
- Həmin anda bir-birimizə elə də ciddi söyüş söyməmişdik. Elnur ombasından zədələnərək yerə yıxılmışdı və ağrıdan qıvrılırdı. Yardıma gələn həkim isə keyidici iynəni zədəli yerə yox, başqa yerə vururdu. Bu zaman mən də həkimə dedim ki, ağrımayan yerinə niyə dərman vurursan, o biri tərəfə vur. Elnur da elə başa düşdü ki, mən ona deyirəm ki, özünü artistliyə vurub yalandan ağrıma. Ona görə aramızda söyüş oldu. Lakin Elnurla möhkəmdostam və özü də oyundan sonra gələrək məndən üzr istədi.
- İndi isə keçək çempionat oyununa. Bu gün Premyer Liqanın ən maraqlı derbi matçı baş tutacaq. Evdə əzəli rəqibiniz “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Bu qarşılaşma haqda nə deyə bilərsən?
- İndidən əminliklə söyləmək olar ki, gərgin, çətin və eyni zamanda maraqlı bir qarşılaşma olacaq. Belə bir matç həm azarkeşlər həm də futbolçular üçün bayram olur. Bugünkü oyunda meydanı qalib tərk etmək istəyirik. Biz bu heyətlə tarix yazmışıq və istəyirik bunun ardını gətirək. Məhz buna görə bugünkü “Xəzər Lənkəran”la oyunda qalib gəlməliyik.
- Bildiyimizə görə, “Qəbələ”dən məhz “Xəzər Lənkəran”a görə ayrılmışdın ki, Lənkəran klubuna keçəsən. Lakin sonda lənkəranlılar səndən imtina etdilər. Bunu nəzərə alsaq, “Xəzər Lənkəran” qarşı daha aqressiv oynayacağını söyləmək olar?
- Mən köhnə söhbətləri yenidən açıb–ağartmaq istəməzdim. Lənkəran klubuna keçidim alınmayıb bu, artıq geridə qalıb. Lakin bugün mən komandamın meydanda qalib gəlməsi üçün əlimdən gələni edəcəyəm. Qələbəmiz üçün lazım gəlsə, aqressivlik də edəcəm.
- Qələbə şanslarınızı necə görürsən. Statistikaya nəzər salsaq, rəqibinizin üstünlüyü var...
- Meydanda nəticəni statistika yox, güc və istək həll edir. “Neftçi” əvvəlki illərə nisbətən daha güclüdür və hazırda üstünlük də bizim tərəfimizdədir. Rəqibin güclü olmasına baxmayaraq, qələbə qazanacağımıza inamım böyükdür.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"