“Neftçi” klubunun kapitanı Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının V turunda sentyabrın 15-də “Xəzər Lənkəran”la keçirəcəkləri prinsipial oyun öncəsi Qol.Az saytına müsahibə verib
- Premyer Liqanın V turunda evdə “Xəzər Lənkəran”ı qəbul edirsiniz. Bu görüş barədə nə düşünürsən?
- Rəqib güclü komandadır. Bu qarşılaşmanın ağır keçəcəyini düşünürəm. Çünki hər iki klub bu il çempionluq uğrunda mübarizə aparır. Lakin istənilən halda öz meydanımızda qalib gəlməyə çalışacağıq.
- Psixoloji cəhətdən komandanızı bu görüşə hazır hesab edirsən?
- Bəli. Çünki daha çətin sayılacaq Avropa səviyyəli oyunlar oynamışıq və artıq maksimum dərəcədə bu cür çətin oyunlara alışmışıq. Bütün komanda yoldaşlarım bu görüşün məsuliyyətini daha yaxşı dərk edir. Fikrimcə, komandamız psixoloji olaraq sabahkı oyuna hazırdır.
- Bu görüşdən beş gün sonra Serbiyaya, “Partizan”la çətin görüşə yollanacaqsınız. Necə düşünürsən, futbolçularınız bu cür fiziki gərginliyə tab gətirə biləcək?
- Heyətimizdəki futbolçuların çoxu fiziki cəhətdən yaxşı təsir bağışlayır. Bundan başqa, bütün Avropa klubları həftədə iki dəfə futbol oynayır. Niyə biz də bunu bacarmayaq? Məncə, bunun da öhdəsindən gələ biləcəyik.
- “Xəzər Lənkəran”la oyunda bütün gücünüzü qoyacaqsınız, yoxsa “Partizan”la oyuna da güc saxlayacaqsınız?
- Öncə onu deyim ki, “Xəzər Lənkəran”la Bakıxanovda keçirdiyimiz oyunlarda məğlub olmamışıq. İkincisi, bu görüşdə qalib gəlmək istəyirik. Çünki bu oyunun nəticəsi “Partizan”la qarşılaşmada da özünü göstərə bilər. Birdə ki, “Neftçi” nə vaxt müdafiə futbolu oynayıb? Ona görə də, hücum futbolu bizim oyun üslubumuzdur.
- Bəs, qələbə şanslarınızı necə görürsən?
- Hər iki komanda qalib gəlmək istəyir. Şansları 50/50-ə dəyərləndirirəm. Qoy, güclü qalib gəlsin.
Əli HƏYATİ
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar