“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov sabah “Neftçi” ilə keçiriləcək prinsipal matçla bağlı Qol.Az-a müsahibə verib.
- Hazırlıq necə gedir?
- Hər şey qaydasındadır, hazırlıq da normal gedir. Zədəli, xəstə futbolçumuz yoxdur. Yeganə problemimiz cəza səbəbindən Elnur Allahverdiyevin sabahkı oyunu buraxmasıdır.
- Yeni gələn futbolçularınız tam olaraq, komandaya uyğunlaşa biliblər?
- Deməzdim ki, tam olaraq, uyğunlaşıblar. Hələ hardasa 50-60 faiz uyğunlaşıblar. Çünki eləsi var iki ay yarımdı futbol oynamır, tam formasını yığması üçün zamana ehtiyacı var.
- Sizinlə oyundan 5 gün sonra “Neftçi”ni səfərdə “Partizan”la vacib oyun gözləyir. Necə düşünürsünüz, bu amili sizin üçün müsbət saymaq olar?
- Mən inanmıram ki, “Neftçi” “Partizan”la oyunu düşünsün, gücünü ora qorusun və “Xəzər Lənkəran”a qarşı tam güclə mübarizə aparmasın. Əksinə, bütün güclərini elə bizimlə oyunda qoyacaqlar.
- Matç İsmət Qayıov adına Bakıxanov qəsəbə stadionunda oynanılacaq. Bu stadion isə “Xəzər Lənkəran” üçün düşərli sayıla bilməz. Çünki komanda tarixinin ən böyükhesablı məğlubiyyətini məhz bu arenada alıb...
- Düzü mən belə şeylərə inanmıram ki, filan stadion mənə düşərlidi, ya yox. Kim güclüdür, o da qalib gələcək.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev ənənəsinə sadiq qalaraq, yenə özünəməxsus açıqlama verib. Onun açıqlamasından xəbəriniz var?
- Yox, oxumamışam və nə dediyindən xəbərsizəm.
- Hacıyev deyib ki, “Xəzər Lənkəran” unutmamalıdır ki, qarşısındakı rəqib “Neftçi”dir.
- Onu nə mənada deyib ki?
- Sadəcə, sual verilib ki, “Xəzər Lənkəran”ın düşərgəsində hamı “qələbə” deyir, o da buna bu cür cavab verib.
- Mən başa düşmürəm, hansı komanda oyuna çıxanda deyir ki, mən uduzmağa çıxıram? Hamı qələbə üçün meydançaya çıxır da. Ən zəif komanda da meydançaya çıxanda heç vaxt demir ki, çıxıram uduzmağa. Bu mənada “Xəzər Lənkəran”ın qələbə istəyi normaldı burda nə var ki?
- Sadəcə, bu, rəqib düşərgədən sizə bir mesaj sayıla bilər.
- Mən kiminsə fikrinə şərh vermək niyyətində deyiləm. O, elə fikirləşir qoy, fikirləşsin, Allah canını sağ eləsin. Ona qalsa, mən də deyirəm ki, “Neftçi” də unutmasın ki, “Xəzər Lənkəran”a qarşı oynayacaq.
- Matçın hakimləri də məlum olub və görüşü Fariz Yusifov idarə edəcək. Bu təyinata münasibətiniz?
- Hakimliklə bağlı heç nə demək istəmirəm.
- Amma “Karvan”da işləyəndə dəfələrlə Fariz Yusifovun idarəçiliyindən narazı qalmısınız, hətta bir dəfə belə bir ifadə işlətmişdiniz ki, Fariz qəsdlə mənim oyunlarımda mənim komandamı “sındırır”...
- Hər halda inanıram ki, Fariz sabah təmiz hakimlik edəcək.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"