Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov sabah keçiriləcək Premyer Liqanını “Neftçi” - “Xəzər Lənkəran” matçı ilə bağlı Qol.Az-a müsahibə verib.
- Sabahkı oyundan nə gözləyirsiniz, kimin qələbə şansını daha yüksək qiymətləndirirsiniz?
- Burada bir neçə faktor var ki, mütləq nəzərə alınmalıdır. Birincisi, “Neftçi” beş gündən sonra Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Özü də səfərdə. Bu mənada sabahkı qarşılaşma onlar üçün ən vacib oyunlardan biri olacaq. Çünki “Partizan”la görüşün taktikasını məhz “Xəzər Lənkəran”la oyunda sınayacaqlar. Belə deyək, “Xəzər Lənkəran”la oyun “Neftçi” üçün “Partizan”la oyuna hazırlıq məqsədi daşıyacaq. İkinci bir məqam var ki, “Neftçi” daxili çempionatda az oyun keçirib. Üstəlik, xal da itiriblər. Mən bunu həmişə demişəm ki, Avropada oynayan komanda daxili çempionatı əsas götürməlidir. Yoxsa çempionatda oynama, gücünü avrokuboklara saxla, mən heç vaxt belə şeyi qəbul etməmişəm.
- “Xəzər Lənkəran” haqda nə deyə bilərsiniz?
- “Xəzər Lənkəran” elə komandadır ki, həmişə çempionluq uğrunda mübarizə aparıb. Konkret “Neftçi” ilə oyunlara gəlincə, “Xəzər Lənkəran” üçün fərqi yoxdu, evdə oynayır, ya səfərdə. İstənilən halda meydançaya qələbə üçün çıxırlar. Məsələn, mənim vaxtımda həmişə bu cür olub.
- Sizcə, “Neftçi”nin həm də “Partizan”la beş gündən sonrakı oyunu düşünməsi “Xəzər Lənkəran” üçün üstünlük sayıla bilər?
- Az öncə də dedim, şəxsən mənim futbol fəlsəfəmdə belə şey yoxdur. Əksinə mənim üçün daxili çempionat ilk sırada olub. Çünki növbəti mövsüm avrokuboklarda iştirakın birbaşa bundan asılıdır. Ancaq istər-istəməz “Neftçi”nin beynində Serbiya səfərə qalacaq. İstənilən halda bundan qaçmaq mümkün olmayacaq.
- Necə düşünürsünüz, bolqollu qarşılaşma izləyə biləcəyik?
- Mən ilk növbədə arzu edirəm ki, zədə olmasın. Oyunun maraqlı keçəcəyinə şübhə eləmirəm. Çünki iki prinsipial rəqib üz-üzə gələcək. Eyni zamanda da ağır oyun olacaq. Ola bilsin ki, çoxlu qol vuruldu. Çünki hər iki komandanın heyətində qol vurmağı bacaran futbolçular var. “Xəzər Lənkəran”ın hücum xətti yaxşıdır. “Neftçi”nin isə orta xəttinin məhsuldarlığını qeyd edərdim. Bu komanda məhz orta xəttin məhsuldarlığı sayəsində Avropa Liqasının qrupuna düşdü.
- Ötən mövsüm “Neftçi” “Xəzər Lənkəran”ı 5:0 hesabıyla ağır məğlubiyyətə uğratmışdı. Sizcə, Lənkəran klubu revanş ala biləcək?
- Revanş o demək deyil ki, sən də mütləq 5:0 qalib gəlməlisən. Əsas odur ki, qalib gəlib üç xal götürəsən. Hər halda, hər şeyi oyun göstərəcək. Yəqin ki, hər iki komandanın oyun ərzində qol imkanları olacaq. Kim həmin imkanlardan daha yaxşı istifadə etsə, o da qalib gələcək.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"