"Messi və İquain sanki qız uşağıdır"

"Messi və İquain sanki qız uşağıdır"
GÜNDƏM 14 Sentyabr 2012 / 14:26 3847
-  A +

Peru millisinin müdafiəçisi Karlos Sambrano bəyan edib ki, DÇ-2014-ün Argentinaya qarşı keçirilən seçmə matçında (1:1) rəqibib ulduz futbolçuları olan Lionel Messi və Qonsalo İquaninin oyununda xüsusi heç nə görməyib.

Qol.Az-ın depor.pe saytına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, Messi və İquain sanki qız uşağıdılar:

"Bəli, elə bil kiçik qızdılar. Bütün oyun boyu onlar ancaq şikayət və narazılıq edirdi. Görünür, onlar bizdən qorxurdular. İquain məni təxribata çəkmək istəsə də, mən buna getmədim. Argentinalı ulduzduzların səhvi onda idi ki, özlərini toxunulmaz bilirdilər. Amma onlar unutdular ki, futbol kişi oyunudur" - deyə Sambrano qeyd edib.

 

Daha çox


Son xəbərlər