İlk "El Klassiko"nun vaxtı bəlli oldu

İlk "El Klassiko"nun vaxtı bəlli oldu
GÜNDƏM 14 Sentyabr 2012 / 01:23 3657
-  A +

Dünya futbolunda maraqla gözlənilən "El Klassiko"nun vaxtı açıqlanıb.

Qol.Az-ın məlumatına görə, "Barselona" və "Real" (Madrid) klubları bu mövsüm La Liqada ilk dəfə oktyabrın 7-də üz-üzə gələcəklər.

Kataloniyanın "Nou Kamp" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:50-də başlayacaq. Cavab matçı isə gələn il martın 3-də Madriddə baş tutacaq.

Qeyd edək ki, La Liqada 3 turdan sonra "Barselona" 9 xalla lider olduğu halda, "Real" 4 xalla 9-cu pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər