Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Qol.Az saytına müsahibəsi
- Portuqaliya ilə görüşdə parlaq oyununla yadda qaldın. Amma istərdim ki, ilk olaraq bir qədər əvvələ, İsraillə oyuna qayıdaq. Axı, həmin görüşdə sənin kobud səhvindən sonra top buraxdıq.
- Buna görə çox təəssüfləndim. Çünki mənə yaraşmayan qol buraxdım. Oyun praktikasının olmamasının nəticəsi belə olur. Düzdü, bunu bəhanə gətirmək istəmirəm. İsraillə görüşdə millidə 30-cu rəsmi oyununa çıxırdım. Belə səhv etməyimsə çox pis oldu. Bu səhvi özümə bağışlaya bilmirəm.
- Son oyunlarda sakit davranışın diqqət çəkir. Halbuki həmişə emossionallığında seçilirdin.
- Artıq qərara gəlmişəm ki, belə hallara yol verməyim. Güclü qapıçılarla məsləhətləşmişəm. Dmitri Kramarenko da mənə məsləhət edib ki, qapıçı sakit olmalıdır. Əslində qapıçı komanda yoldaşlarını sakitləşdirməlidir. Ona görə də əvvəlkitək çılğın olmuram. Futbolçunun üstünə qışqırmaq və təhqir etmək olmaz. Axı, onun da ailəsi televizordan oyunu izləyir. Çalışıram, belə şeyləri aradan qaldırım.
- İndi gələk Portuqaliyayla matça. Belə böyükhesablı məğlubiyyətin səbəbini nədə görürsən?
- Biz rəqibdən belə güclü oyun gözləmirdik. Həmin gün çox yaxşı çıxış etdilər. Bu, mənim karyeramdakı ən ağır oyunlardan idi. Etiraf edirəm ki, Portuqaliya bizə futbol dərsi keçdi. Bunu epizodların təkrarına baxanda da görmək olur. Ancaq biz də sona kimi mübarizə apardıq. Başımızı topa yönəldirdik, başımız partlayırdı. Ayağımızı uzadırdıq, ayağımız əzilirdi. Yəni əlimizdən gələni edirdik. Sadəcə, futbol savadımız özünü göstmədi. İçi mən qarışıq bəzi futbolçularımız bir az göylə getdilər. Lakin oyun göstərdi ki, yaxşıı məşq etmək lazımdır. Mən ədabaz insan deyiləm. Sadəcə, söz götürməyi xoşlamıram.
- Əgər sən bir necə dəfə komandamızı real qol epizodlarından xilas etməsəydin, hesab daha acınacaqlı olardı. Bununla razısan?
- Əslində biz 0:1 və ya 0:2 hesabıyla məğlub olmalıydıq. Çoxları deyir ki, fiziki gücümüz qalmamışdı. Xeyr. Bu qolları öz səhvimizdən buraxdıq. Gərək ikinci hissədə də ilk yarıdakı kimi sakit oynayardıq. Özümə gəlincə, əlimdən gələni etməyə çalışdım. Doğrudan da mənim üçün çox çətin oldu. Onsuz da Bakıdan gedəndə bizi hansı oyun gözləyəcəyini yaxşı bilirdim.
- Bu matçı sənin karyerandakı ən uğurlu oyun saymaq olar?
- Əgər hesab 0:0 qurtarsaydı olardı. Amma uduzmuşuq, ona görə də bu matçdakı çıxışımı uğur saymıram.
- Oyunda sən, Elnur Allahverdiyev və Mahir Şükürov niyə bir-birinizə söyüş söyürdünüz.
- Bu olanlarda mənim adımı daha çox hallandırırlar. Halbuki mən heç kimi söyməmişəm. Digərlərinə gəldikdə, oyun zamanı belə hallar olur. Onlar bununla bir-birlərini acılayırdılar. Lakin mən bu hadisəni gözümlə görməmişəm. İnanmıram ki, belə olsun. Çünki bu futbolçular oteldə də bir otaqda qalırlar. Onlar həddindən artıq mehribandılar. Bu olubsa da, rəqibin böyük təzyiqindən sonra baş verib. Həmin anda əsəblər tarıma çəkilir. Portuqaliya ilə oyunda mən özüm də çox əsəbiləşmişdim. Meydanda ən çox danışdığım futbolçular Ruslan Abışovla Rahid Əmirquliyev oldu. Hər şeyə rəğmən mən təhqirlərin əleyhinəyəm. Bunu xoşagəlməz hal kimi qiymətləndirirəm.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"