"DÇ-2014"ün rəsmi maskotu bəlli oldu (FOTO)

"DÇ-2014"ün rəsmi maskotu bəlli oldu (FOTO)
GÜNDƏM 13 Sentyabr 2012 / 01:53 2533
-  A +

Futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının maskotu bəlli olub.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, "Armadillo" "DÇ-2014"ün rəsmi maskotu elan edilib.

Portuqal dilində "Tolypeutes Tricinctus" və ya "Tatu-Bola" adlanan Armadillo nəsli tükənməkdə olan Cənubi və Mərkəzi Amerikaya məxsus bir heyvan növüdür. Bu heyvanın ən böyük özəlliyi isə təhlükə zamanı müdafiə olunarkən dərisi ilə özünə qalxan düzəldib, top şəklini almasıdır.

Qeyd edək ki, "Armadillo"nun adı dünya çempionatının rəsmi topu "Brazuka" kimi internet üzərindən verilən səslər nəticəsində seçilib.

Daha çox


Son xəbərlər