Bir vaxtlar Azərbaycan çempionatında oynamış, Sumqayıtın “Standard” klubunun şərəfini qorumuş, hazırda isə karyerasını İranda davam etdirən portuqaliyalı futbolçu Hüqo Maçado bu gün keçiriləcək Portuqaliya-Azərbaycan matçı ilı bağlı Qol.Az-a müsahibə verib.
- İlk öncə Portuqaliya - Azərbaycan matçı haqqında düşüncələrini bilmək maraqlı olardı...
- Ümid edirəm ki, azarkeşlər gözəl və maraqlı oyuna şahidlik edəcəklər. Əsas odur ki, iki yaxşı komanda üz-üzə gələcək. Ancaq açığı mən Portuqaliyanın qələbə qazanmasını istəyirəm.
- Necə düşünürsən, Azərbaycan Portuqaliyadan xal götürə bilər?
- Bəli, mən düşünürəm ki, Azərbaycan Portuqaliyadan xal ala bilər. Hətta 3 xal almaq imkanı da var. Əgər Portuqaliya millisi Azərbaycanı ciddiyə almasa, oyunun asan keçəcəyini düşünsə, bu, onlara baha başa gələr. Çünki bu zaman sizin milliniz bizimkilərin arxayınçılığından istifadə edə bilər. Ancaq real yanaşsaq, bu, inandırıcı görünmür. Çünki Portuqliya millisi yüksək səviyyəli ulduz futbolçulardan təşkil olunub.
- Portuqaliyanın əsas üstünlüyü nə sayılır?
- Təbii ki, üstünlüklər çoxdur. Ən böyük üstünlük isə komandanın ulduz futbolçulardan təşkil olunması, heyətində Kriştiano Ronaldo və Nani kimi ulduzların yer almasıdır. Çünki onlar çox vaxt önə çıxır. Ancaq mən onu demək istərdim ki, Portuqaliya millisi yalnız bu iki futbolçudan ibarət deyil. Xüsusilə, həmyerlilərimin orta xətti çox güclüdür.
- Kriştiano Ronaldonun son günlər “Real”da yaşadığı problemlər millinin oyununa da təsir edə bilərmi?
- Yox. Çünki Ronaldo elə futbolçudur ki, meydançaya ayaq basanda bütün problemləri unudur və ətrafındakı heç nəyə fikir vermir. Bu mənada düşünürəm ki, Azərbaycanla qarşılaşmada da Ronaldonun beynində yalnız qələbə olacaq və o, meydançanın ən yaxşılarından birinə çevriləcək.
- Azərbaycan Portuqaliyadan xal alsa, buna nə qədər üzüləcəksən?
- Təbii ki, Portuqaliyanı meydançanı məğlub tərk etmiş görsəm, mən də kədərlənəcəm.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"