Azərbaycan millisinin sabiq baş məşqçisi, AÇ-2008-in seçmə mərhələsində Portuqaliya millisinə qarşı oynayan komandanın çalışdırıcısı Şahin Diniyev bugünkü Portuqaliya - Azərbaycan matçı ilə bağlı Qol.Az-a müsahibə verib.
- Bu gün DÇ- 2014-ün seçmə mərhələsi çərçivəsində millimiz səfərdə Portuqaliya ilə qarşılaşır. Millinin sabiq baş məşqçisi kimi bu görüş haqda nə deyə bilərsiniz?
- Oyun bizim üçün çox çətin olacaq. Portuqaliyaya qarşı uğurlu çıxış etmək hər komandanın işi deyil. Çünki rəqibimiz dünya və Avropada sayılıb-seçilən millilərdən hesab edilir. Bizim ən böyük çətinliyimiz Portuqaliyanın sürətli oyununun qabağını almaq olacaq. Əsas məsələ qapımızdan tez qol buraxmamaqdı. Əks halda, vəziyyət daha da çətinləşə bilər.
- Rəqibdən gözlənilən ən böyük təhlükə Ronaldo və Naninin cinahlardan təşkil etdiyi hücumlardı. Sizcə, yığmamızda bu keçidlərin qarşısını ala biləcək futbolçular varmı?
- Düzünü desəm, fərdi mübarizədə portuqalların qarşısını almaq mümkün deyil. Bunu yalnız qrup şəklində həyata keçirmək olar. Çalışmalıyıq ki, rəqibə sürət yığmaq üçün boş sahələr verməyək.
- Onda belə çıxır ki, yığmamız ancaq müdafiə haqqında düşünməlidir?
- Futbolçularımız daha çox kompakt şəkildə oyuna üstünlük verməlidirlər. Top olan ərazidə mütləq 4-5 futbolçumuz olmalıdır ki, sürətli keçidlərin qarşısını alsınlar. Hücum futbolundan isə söhbət gedə bilməz.
- Rəqibin baş məşqçisi Paolo Bentu dünən keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycan millisinə qarşı ənənəvi taktikaları hesab edilən 4-3-3 taktiki sxemdən istifadə edəcəklər. Bu, bizim açıq və hücum futbolu oynamağımız üçün yaxşı fürsət ola bilərmi?
- Baş məşqçi 4-3-3 taktiki sxemi söyləyərkən iki insayd hücumçu - Ronaldo və Nani, eyni zamanda mərkəzdə mübarizə aparacaq Poştiqanı nəzərdə tutub. Bu, hücuma keçən zaman belə olacaq. Lakin müdafiə olunan zaman 4-5-1 sxeminə keçəcəklər. O ki qaldı, açıq futbola üstünlük verməyimizə bu, bizim üçün ölümə bərabər olardı.
- Necə düşünürsünüz, ən yaxşı halda yığmamız hansı nəticəyə nail ola bilər?
- Fikrimcə, ən uğurlu nəticəmiz minimal hesablı məğlubiyyətimiz ola bilər. Real baxsaq, Portuqaliya səfərindən xal götürmək mümkünsüzdü. Eyforiyaya qapılmaq yox, hər şeyə real baxmaq lazımdır.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı