Millinin sabiq futbolçusu Ceyhun Sultanovun Qol.Az saytına müsahibəsi
- Millimiz sabah Portuqaliya ilə çətin sınağa çıxır. Sən nə gözləyirsən bu oyundan?
- Bilirik ki, Portuqaliya kimi güclü rəqibdən xal götürmək çox çətin olacaq. Bu, baş verərsə, Avropada sensasiya kimi qeydə alınacaq. Fikrimcə, İsraillə qarşılaşmada qeydə alınan nəticə komandadakı əhval-ruhiyyəyə müsbət təsir etdi. Odur ki, sabahkı oyunda da komandamızdan uğur gözləmək olar.
- Səncə, Foqts milliyə layiq olan bütün futbolçuları komandaya cəlb edib, yoxsa diqqətdən kənarda qalan var?
- Hazırkı heyəti qənaətbəxş hesab etmək olar. Ancaq düşünürəm ki, kənarda qalan bir neçə futbolçu da var ki, onları da milliyə çağırmaq olardı. Belə götürəndə İsraillə qarşılaşmada 2-3 nəfər futbolçu var idi ki, zəif çıxış etdilər. Lakin ümumilikdə götürəndə komanda yaxşı futbolçulardan təşkil olunub. Məncə, bu heyətlə İsraili məğlub da etmək olardı.
- Son zamanlar Cavid İmamverdiyev, Rəşad Sadiqov və Mirhüseyin Seyidov kimi futbolçuların milliyə çağrılmaması böyük narazılıq yaradıb. Səncə, bu futbolçular doğrudan da yığmaya xeyir verə bilərdi?
- Düzdü, Berti Foqts hər bir futbolçunu yoxlayır. Lakin adlarını çəkdiyiniz futbolçuların hər birinin Azərbaycan yığmasına köməyi dəyə bilərdi. Bu futbolçular hazırda çox əla formadadı və bunu avrokubok oyunlarında sübut etdilər. Hər halda baş məşqçi özü bilər. Ancaq düşünürəm ki, Foqts bu futbolçuları milliyə çağırmamaqda səhvə yol verib.
- Daha öncəki seçmə mərhələ oyunlarında sən özün də Portuqaliya millisinə qarşı forma qeyinmisən. Səncə, hansı dövrün Portuqaliyası daha güclüdür?
- Mənim fikrimcə, Portuqaliya bütün zamanlarda güclü olub. Mənim millidə oynadığım dövrdə də çox güclü idi. Həmin vaxtda da Ronaldo və Nani komandanın heyətində oynayırdılar.
- Bəs, portuqalların Luksumburqla oyunda çətinliklə qalib gəlməsini nə ilə izah edərdin?
- Futbolda hər şey olur. Əgər Luksemburq millisi Portuqaliyadan xal alsaydı, o zaman nə isə demək olardı. Lakin Portuqaliya hər şeyə rəğmən qələbə qazanaraq, sensasiyaya imkan vermədi.
- Səfərdə müdafiə futbolu oynamaqla nəyəsə nail ola bilərik?
- 90 dəqiqə müdafiə olunmaq olmaz. Çünki əvvəl-axır qol buraxacaqsan. Ancaq digər tərəfdən əks hücum zamanı rəqibə qol vuracaq futbolçumuz da yoxdur. Odur ki, ən yaxşısı İsrailə qarşı olduğu kimi, Portuqaliyaya qarşı da hücum futbolu oynamalıyıq. Hazırda Avropada heç bir komanda rəqibinin kimliyindən aslı olmayaraq, bütünlüklə müdafiə futboluna üstünlük vermir. Müdafiədə oturan komanda hər zaman qol buraxır.
- Necə düşünürsən, millimizin oyunçuları Ronaldo və Nani kimi sürətli, texnikalı futbolçuların qarşısını ala biləcəklər?
- Əlbəttə ala bilərlər. Lakin bir şərtlə ki, bir-birlərini vaxtında sığortalasınlar. Bunu edə bilməsələr çətin olacaq. Çünki rəqibin futbolçuları fərdi mübarizələrdə bizdən üstündülər.
- Millimizin böyükhesabla uduzmaq ehtimalı var?
- Futbolda belə nəticələrlə çox üzləşmişik. Mən onlara qarşı çıxış edən zaman da 0:3 hesabıyla məğlub olmuşduq. Hələ bəxtimiz gətirdi ki, portuqalların bir neçə real qol imkanları boşa çıxdı, top dirəkdən qayıtdı. Məncə, sabah böyükhesabla məğlub olsaq belə, yenə də millimizi qınaya bilmərik. Çünki rəqib Avropanın ən güclülərindən hesab olunur. Ola bilsin, sabah böyükhesabla uduzduq. Mən bu nəticənin baş verə biləcəyini istisna eləmirəm.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"